Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «KÜ» – 299
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
KA KE KI KL KN KO KR KU KV
 

bax küy. [Səfər bəy:] Gedək aşağıda kü salaq. M.F.Axundzadə.

KÜBAR

[ər.] sif. və is. 1. Əsilzadə, aristokrat.
ətraflı

KÜBARANƏ

[ər. kübar və fars. ...anə] bax kübarcasına.

KÜBARCA

bax kübarcasına. Sabbah və Xəyyam kübarca geyinmiş və üzləri taraş edilmiş gələrlər. H.Cavid.

KÜBARCASINA

zərf Kübar adamlara xas olan bir tərzdə, kübar kimi; aristokratcasına. Kübarcasına yaşamaq.

KÜBARLIQ

is. Əsilzadəlik, aristokratlıq. Kübar ailədə yer tutmaq üçün gözəllik rol oynamır, başlıca rolu zənginlik və kübarlıq oynayır. M.S.Ordubadi.

KÜFRAN

is. [ər.] klas. Yaxşılığı itirmə; nankorluq.
ətraflı

KÜFTƏ

is. [fars.] 1. B a x küftəbozbaş. Küftə bişirmək.
ətraflı

KÜFTƏBOZBAŞ

is. Küftə, kartof, noxud və s.-dən hazırlanan bozbaş növü.
ətraflı

KÜFTƏLİK

sif. Küftəyə yarayan, küftə üçün olan. Küftəlik ət. Üç kiloqram küftəlik bud almaq.

KÜKNAR

is. bot. Konusvari uzun qozaları olan iri, həmişəyaşıl iynəyarpaqlı ağac.
ətraflı

KÜKNARLIQ

is. Çoxlu küknar ağacları bitmiş yer; küknar.

KÜKRƏK

sif. Coşqun, daşqın, kükrəyən, aşıb-daşan.
ətraflı

KÜKRƏKLİK

is. Kükrək şeyin halı; coşma, aşıb-daşma, kükrəmə.

KÜKRƏMƏ

“Kükrəmək”dən f.is.

KÜKRƏMƏK

f. Hirslənərək özündən çıxmaq, bərk qızmaq; coşmaq.
ətraflı

KÜKÜ

is. Göyərti və yumurtadan (bəzən də balıqdan) hazırlanan xörək.
ətraflı

KÜKÜLÜK

sif. Kükü üçün yararlı, kükü üçün olan (göyərti və s.
ətraflı

KÜKÜRD

is. Sənayedə, kənd təsərrüfatında, tibdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə.

KÜKÜRDLƏMƏ

“Kükürdləmək”dən f.is.