Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Kİ» – 350
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
KA KE KI KL KN KO KR KU KV
 

Kİ₁

bağl. 1. Baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayır.
ətraflı

KİBERNETİKA

is. [yun.] İdarə sistemləri, üsul və vasitələri haqqında elm.

KİBR

is. [ər.] Özünü hamıdan üstün tutma, başqalarına yüksəkdən baxma; lovğalıq, məğrurluq; lovğalanma, qürurlanma, təşəxxüs.
ətraflı

KİBRİT

is. [ər.] Od almaq üçün ucunda kükürd olan nazik çubuq.
ətraflı

KİBRİTQABI

is. Kibrit çöpləri qoyulan balaca qutu. // Həmin qutunun üstünə geydirilən metal və s. materialdan qapaq.

KİBRLƏNMƏ

“Kibrlənmək”dən f.is.

KİBRLƏNMƏK

f. Kibrli olmaq; lovğalanmaq, təşəxxüslənmək.

KİBRLİ

sif. Lovğa, təşəxxüslü. [Zabit] nəzərini Şirəlinin dodaqlarından ayırıb kibrli bir hal aldı.
ətraflı

KİBRLİLİK

is. Kibrli adamın hal və keyfiyyəti; lovğalıq, məğrurluq, təşəxxüslük.

KİCƏMƏ

“Kicəmək”dən f.is.

KİCƏMƏK

f. Öcəşmək, sataşmaq. [Məşədi İmamqulu:] Ədə, bəlkə darvazanın qabağında uşaqlarla kicədin, orada düşdü? Çəmənzəminli.

KİÇİCİK

sif. Olduqca kiçik, çox kiçik. Kiçicik otaq.
ətraflı

KİÇİK

sif. 1. Həcmcə, ölçücə balaca; xırda (böyük müqabili).
ətraflı

KİÇİKCƏ

sif. Çox kiçik, yaxud bir qədər kiçik. Məhlədə bitər söyüd; Yarpağı gömgöy söyüt; Kiçikcə bir yar sevdim; Xudam, sən özün böyüt. (Bayatı).

KİÇİKCİK

bax kiçicik. [Müqim bəy:] Gəl, mirzə, .. aramızdakı hər hansı kiçikcik ixtilafı bir kənara buraxıb qardaş olaq. S.Rəhimov.

KİÇİKLƏNMƏ

“Kiçiklənmək”dən f.is.

KİÇİKLƏNMƏK

f. Yaltaqlıq etmək, yaltaqlanmaq, başqalarının qarşısında əyilmək, əskilmək.

KİÇİKLƏŞMƏ

“Kiçikləşmək”dən f.is.

KİÇİKLƏŞMƏK

f. Kiçik olmaq, kiçilmək.

KİÇİKLİ-BÖYÜKLÜ

is. Hamı, hamısı.