Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «LÜ» – 56
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
LA LE LI LO LU LY
 

LÜMPEN-PROLETARİAT

[alm.] Kapitalizm cəmiyyətində: sinfi simasını itirmiş adamlardan ibarət təbəqə (səfillər, avaralar, dilənçilər, oğrular və s.).

LÜSTR

[fr., əsli ital.] b a x çilçıraq. Bir də görərdin lüstrü yandırıb, evi çıraqban elədi. Mir Cəlal.

LÜT

sif. 1. Paltarını tamam çıxarmış; çılpaq, üryan.
ətraflı

LÜT-ANADANGƏLMƏ

sif. və zərf Tamamilə lüt, lümlüt.

LÜTCƏ

bax lüt 1-ci mənada. Lütcə uşaq.

LÜTERAN

[xüs. is.-dən] 1. Lüteran dininə mənsub adam. 2. B a x lüteranlıq. Lüteran kilsəsi.

LÜTERANLIQ

is. [xüs. is.-dən] XVI əsrdə reformasiya nəticəsində Almaniyada Martin Lüter tərəfindən əsası qoyulmuş xristian məzhəbi (protestantizmin bir növü, başlıca olaraq Almaniyada və Skandinaviya ölkələrində yayılmışdır).

LÜT-ƏTCƏ

sif. dan. 1. Çılpaq, ətcə (uşaq haqqında).
ətraflı

LÜTF

is. [ər.] klas. İltifat, mərhəmət: mehribanlıq, yumşaqlıq; xoş, alicənab münasibət.
ətraflı

LÜTFƏN

zərf [ər.] kit. “Lütf edin”, “zəhmət olmasa”, “zəhmət çəkin”, “xahiş edirəm” mənasında nəzakətlə müraciət ifadə edir.
ətraflı

LÜTFKAR

is. [ər. lütf və fars. ...kar] Mərhəmətli, xeyirxah; adamlara iltifat göstərən, yaxşılıq edən.
ətraflı

LÜTFKARLIQ

is. Lütfkar olma, iltifat etmə, mərhəmət göstərmə; xeyirxahlıq, iltifatlılıq.
ətraflı

LÜTLƏMƏ

“Lütləmək”dən f.is.

LÜTLƏMƏK

f. Tamamilə soyundurmaq, lüt etmək.

LÜTLƏNMƏ

“Lütlənmək”dən f.is.

LÜTLƏNMƏK

1. qayıd. Paltarını soyunub lüt olmaq. 2.
ətraflı

LÜTLƏŞMƏ

“Lütləşmək”dən f.is.

LÜTLƏŞMƏK

f. 1. Yarpaqları tökülmək, çılpaqlaşmaq (ağaclar haqqında).
ətraflı

LÜTLÜK

is. 1. Çılpaqlıq. 2. məc. Bitkisizlik; yaşıllıqdan, bitkidən məhrumluq.
ətraflı

LÜT-MADƏRZAD

sif. və zərf bax lümlüt.