Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Lİ» – 114
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
LA LE LI LO LU LY
 

LİFT

[ing. lift] Çoxmərtəbəli binalarda, şaxtalarda adam və yük qaldırıb-düşürmək üçün maşın.
ətraflı

LİFTÇİ

is. Liftdə işləyən, lifti idarə edən adam.

Lİ́XTER

is. [holl.] Yedəyə alınan yük gəmisi.

LİKÖR

[fr. liqueur] Tünd, şirin, ətirli spirtli içki.
ətraflı

LİQÁ

is. [ər.] klas. Üz, çöhrə, sima, sifət. Nə gözəlsən, nə xoş liqasən sən; Yeri var söyləsəm humasən sən.
ətraflı

LİQAF

is. Heyva və s. meyvələrin toxumunun üzərində olan yumşaq və ağ maddə.

LİQNİ́T

[lat.] Aşağı keyfiyyətli boz kömür.

LİQROİ́N

[fr.] Neft emalı zamanı alınan məhsullardan biri; neft spirti.

LİL₁

is. 1. Dənizin, gölün, çayın dibində olan mineral və ya üzvi hissəciklərdən ibarət çöküntü.
ətraflı

LİL₂

is. Yuyulmuş ağ paltarın rəngini qaytarıb təzələmək üçün ona vurulan göy boyaq; sinka. Suya lil qatmaq.

LİLİPÚT

[ingilis yazıçısı Sviftin “Qulliverin səyahəti” romanındakı əfsanəvi Liliputlar ölkəsinin balacaboylu sakinlərinin adından] Qeyri-normal, kiçikboylu adam; cırtdan.
ətraflı

LİLİPUTLUQ

is. Liliput adamın xüsusiyyəti, boyca kiçiklik, balacalıq; cırtdanlıq.

LİLLƏMƏ

“Lilləmək”dən f.is.

LİLLƏMƏK

f. Lil vurmaq, lilli suya salmaq; sinkalamaq. Paltarı lilləmək.

LİLLƏNDİRİLMƏ

“Lilləndirilmək”dən f.is.

LİLLƏNDİRİLMƏK

məch. Bulandırılmaq, lilli edilmək. Su lilləndirilib.

LİLLƏNDİRMƏ

“Lilləndirmək”dən f.is.

LİLLƏNDİRMƏK

f. Duru suyu bulandırmaq, lilli etmək. Su axar, lilləndirər; Bağçanı gülləndirər; Dərdliyə söz deməyin; Dərd onu dilləndirər. (Bayatı).

LİLLƏNMƏ₁

“Lillənmək1”dən f.is.

LİLLƏNMƏ₂

“Lillənmək2”dən f.is.