Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «L» – 933
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
LA LE LI LO LU LY
 

LAĞ-LAĞ

sif. və zərf 1. Boş, mənasız. _ Lağ-lağ danışmaq – boş-boş danışmaq.
ətraflı

LAĞLAĞI₁

sif. Çoxdanışan, boşboğaz, naqqal: ağzına və ağlına gələni danışan.
ətraflı

LAĞLAĞI₂

bax lağ. Lağlağı eləmək. Lağlağıya qoymaq.

LAĞLAĞIÇI

sif. bax lağlağı1. Əhali Nadir ilə Zeynəbin görüşməsini bildi, .
ətraflı

LAĞLAĞILIQ

is. Boş-boş və çox danışma; naqqallıq, boşboğazlıq. Lağlağılıq etmək.

LAĞ-LOĞAZ

lağ-loğaza qoymaq – b a x lağa qoymaq (“lağ”da).

LAHUT

[ər.] klas. şair. İlahilik, ülviyyət.

LAHUTİ

[ər.] klas. şair. İlahi. [Yaşlı kişi:] Özümü lahuti bir mənzərə qarşısında təsəvvür edirdim. S.Hüseyn.

LAX₁

sif. 1. Çürüyüb pis qoxu verən, qoxumuş, xarab olmuş.
ətraflı

LAX₂

sif. Yerində möhkəm durmayan, laxlayan, tərpənən, boş.
ətraflı

LAXBALAX

zərf dan. Hər iki tərəfi açıq, taybatay, laybalay.
ətraflı

LAXLADILMA

“Laxladılmaq”dan f.is.

LAXLADILMAQ

məch. Lax hala salınmaq, boşaldılmaq. Mizin ayaqları laxladılıb.

LAXLAMA

“Laxlamaq”dan f.is.

LAXLAMAQ

f. Yerindən oynamaq, yerində möhkəm durmamaq, lax olmaq, tərpənmək, boşalmaq; möhkəmliyini, sabitliyini itirmək.
ətraflı

LAXLAMIŞ

f.sif. Boşalmış, yerindən oynamış, tərpənən, laxlayan.
ətraflı

LAXLATMA

“Laxlatmaq”dan f.is.

LAXLATMAQ

f. 1. Bir yerə vurulmuş, basdırılmış və ya bənd edilmiş, kip taxılmış şeyi çox tərpədərək boşaltmaq, lax hala gətirmək.
ətraflı

LAXLIQ₁

is. Lax yumurtanın hal və keyfiyyəti.

LAXLIQ₂

is. 1. Lax şeyin halı. 2. məc. Boşluq, laqeydlik, ciddiyyətsizlik.
ətraflı