Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «L» – 933
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
LA LE LI LO LU LY
 

LAK₂

dağıstanda yaşayan Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam. Lak dili. Lak kəndi.

LAKCA

sif. və zərf Lak dilində (b a x lak2). Lakca-rusca lüğət. Lakca danışmaq.

LAKÇI

is. Dəriyə, mebelə lak çəkən usta.

LAKÉY

is. [fr.] 1. Nökər. Lakeylər səf-səf durub, bir-bir “ağa, xoş gəlibsiniz!” deyirdilər.
ətraflı

LAKİN

bağl. [ər.] Cümlələri, habelə cümlə üzvlərini (əsasən həmcins üzvləri) birləşdirərək qarşılıq bildirir.
ətraflı

LAKLAMA

“Laklamaq”dan f.is.

LAKLAMAQ

f. Lak vurmaq, lak sürtmək, lakla örtmək. Bufeti laklamaq. Stolu laklamaq.

LAKLANMA

“Laklanmaq”dan f.is.

LAKLANMAQ

məch. Lak çəkilmək, lak sürtülmək, lakla örtülmək.

LAKLATDIRMA

“Laklatdırmaq”dan f.is.

LAKLATDIRMAQ

icb. Lak çəkdirmək, lak sürtdürmək, lak vurdurmaq.

LAKLI

sif. Lak çəkilmiş, lak sürtülmüş, lakla örtülmüş.
ətraflı

LÁKMUS

[holl. lakmoes] Dəniz şibyələrindən hasil edilən, kağıza turşuların təsirilə qırmızı, qələvilərin təsirilə isə göy rəng verən boyayıcı maddə.
ətraflı

LAKONİK

sif. [yun.] Qısa, yığcam, azsözlü.

LAKTÁSİYA

[lat.] fiziol. İnsanlarda və məməli heyvanlarda süd vəzilərində südün əmələ gəlməsi, toplanması və onun ifrazı prosesi. // Bu prosesin davam etdiyi müddət.

LAQEYD

[ər.] 1. sif. Heç bir şeyin fikrini, qeydini çəkməyən, heç bir şeyə əhəmiyyət verməyən, hər şeyi qulaqardına vuran.
ətraflı

LAQEYDANƏ

[ər. laqeyd və fars ...anə] bax laqeydcə(sinə).
ətraflı

LAQEYDCƏ(SİNƏ)

zərf Heç bir şeyin fikrinə, qayğısına, qeydinə qalmadan; laqeydliklə, fikir vermədən, maraqlanmadan.
ətraflı

LAQEYDLƏŞMƏ

“Laqeydləşmək”dən f.is.

LAQEYDLƏŞMƏK

f. Laqeyd olmaq, heç bir şeyə maraq göstərməmək, soyuqqanlı olmaq.