Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «LE» – 130
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
LA LE LI LO LU LY
 

LEGİÓN

[lat.] 1. tar. Qədim Romada: iri qoşun hissəsi.
ətraflı

LEGİONÇU

is. Legionda xidmət edən əsgər.

LEHİM

is. [ər.] Metal şeyləri yapışdırmaq üçün qalay və s. ərinti.

LEHİMÇİ

is. Lehimləmə ustası.

LEHİMLƏMƏ

“Lehimləmək”dən f.is.

LEHİMLƏMƏK

f. Lehim vurmaq, lehimlə birləşdirmək. Boruları lehimləmək.
ətraflı

LEHİMLƏNMƏ

“Lehimlənmək”dən f.is.

LEHİMLƏNMƏK

məch. Lehim vurulmaq, qalay və s. ilə yapışdırılmaq (tutulmaq). Qazan lehimləndi.

LEHİMLƏTMƏ

“Lehimlətmək”dən f.is.

LEHİMLƏTMƏK

f. Lehim vurdurmaq, qalay və s. ilə yapışdırtmaq (birləşdirtmək). Samovarı lehimlətmək.

LEHİMLƏYİCİ

sif. Lehimləyən, lehimləmə üçün olan. Lehimləyici ərinti.
ətraflı

LEHİMLİ

sif. Lehim vurulmuş, lehimlənmiş, qalay və s. ilə yapışdırılmış. Lehimli çaynik.

LEHİNƏ

zərf [ər.] Xeyrinə, tərəfinə, mənfəətinə (əleyhinə ziddi).
ətraflı

LEHMƏ

is. Duru palçıq, batdaq. Lehməyə batmaq. Cavad yoldaşları ilə birlikdə xirtdəyə kimi lehməyə bataraq qalın meşələrdən keçir, .
ətraflı

LEHMƏLİ

sif. Lehmə qatışıq, palçıqlı. Lehməli su.
ətraflı

LEHMƏQARIN

sif. dan. Qabağına gələni yeyən, çox yeyən, yeməkdən doymayan. Lehməqarın adam.

LEHMƏLİK

is. Lehmə yığılmış yer; palçıqlıq, batdaq.
ətraflı

LEKÁL

[rus. lekalo] Əyri cizgiləri çəkmək üçün fiqurlu xətkeş.

LEKSÉM

is. [yun.] Dilçiliyin leksikologiya şöbəsinin vahidi; söz.

LEKSİK

sif. dilç. [yun.] Leksikaya aid olan, lüğəvi.
ətraflı