Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «LO» – 56
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
LA LE LI LO LU LY
 

LOQARİ́FM

[yun. logos – nisbət və arithmos – say, rəqəm] riyaz.
ətraflı

LOQARİFMLƏMƏ

“Loqarifmləmək”dən f.is.

LOQARİFMLƏMƏK

f. riyaz. Verilən ədədin loqarifmini almaq.

LOQQULDAMA

“Loqquldamaq”dan f.is.

LOQQULDAMAQ

bax loqquldamaq.

LOQQULTU

is. 1. Tökülən, axan, bərk qaynayan mayedən hasil olan səs. 2. B a x lökkültü.

LOM

[rus.] b a x ling. Kim isə zəncirləri lom ilə yerə atır.
ətraflı

LOMBA

is. Qəliz maye və ya sıyıq şeyin iri və dairəvi parçası; iri damcı, böyük damla.
ətraflı

LOMBALAMA

“Lombalamaq”dan f.is.

LOMBALAMAQ

f. dan. kob. Lomba ilə yemək. [Mahmud:] Bir tikə nədir, ay axmaq? Bütövünü götürüb lombalaya bilmirsən? Ə.Haqverdiyev.

LOMBÁRD

is. [ital. coğr. addan] Daşınar əmlakı və ya başqa bir şeyi girov kimi qəbul edib, borc pul verən kredit müəssisəsi.
ətraflı

LOPA₁

is. 1. Odunu alovlandırmaq və ya işıq yaratmaq üçün neft hopdurulub yumruladılmış əski, cındır, pilik, alışqan.
ətraflı

LOPA₂

is. məh. Sabun bişirilərkən çıxan tullantı.

LOPABIĞ(LI)

sif. Bığı lopa, qalın olan; yekəbığ(lı), yoğunbığ(lı).
ətraflı

LOPAGÖDƏN(Lİ)

sif. dan. Yumru, iri qarnı olan; yekəqarın. Lopagödən kişi.

LOPAGÖDƏNLİK

is. dan. Lopagödən adamın xüsusiyyəti; yekəqarınlıq.

LOPARLAR

cəm Saamların keçmiş adı.

LOPUQ

is. Əyləncə üçün köpürülmüş ordlara yavaşca yumruqla, ya barmaqlarla vuraraq səs çıxartma.
ətraflı

LOR

is. Pendir tutulan zaman onun suyunu qaynadıb süzməklə hazırlanan ağartı.

LORD

[ing. lord] İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu titulu daşıyan şəxs.
ətraflı