Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «MÜ» – 593
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
MA ME MI MO MU
 

MÜADİL

sif. [ər.] köhn. Çəki, həcm və qiymətcə bərabər olan; bərabər, tən.

MÜADİLƏ

is. [ər.] riyaz. bax tənlik. Mühəndislik üçün yalnız müadilələri və həndəsə xətlərini, riyazi davaları bilməkmi lazımdır? Mir Cəlal.

MÜAHİDƏ, MÜAHİDƏNAMƏ

is. [ər. müahidə və fars. ...namə] Müqavilə, müqavilənamə, əhdnamə, saziş.
ətraflı

MÜAQİB

sif. [ər.] 1. Təqib edən, ardınca gedən. 2. İncidən, əzab verən, cəzalandıran.

MÜALİCƏ

is. [ər.] 1. Xəstəni sağaltmaq üçün tibbi vasitələr tətbiq etmə.
ətraflı

MÜALİCƏXANA

[ər. müalicə və fars. ...xanə] b a x xəstəxana.
ətraflı

MÜALİCƏPƏZİR

sif. [ər. müalicə və fars. ...pəzir] köhn.
ətraflı

MÜALİCƏSİZ

sif. 1. Müalicə olunmayan. Müalicəsiz xəstə.
ətraflı

MÜAMİLƏ

is. [ər.] 1. köhn. Rəftar, münasibət, davranış.
ətraflı

MÜAMİLƏÇİ

is. Faizlə pul borc verən adam; sələmçi.

MÜAMİLƏÇİLİK

is. Faizlə pul borcvermə işi; sələmçilik.
ətraflı

MÜARİZ

sif. və is. [ər.] köhn. Əks olan, zidd olan, müxalif olan, qarşı olan.
ətraflı

MÜASİR

sif. [ər.] 1. Başqası və ya başqaları ilə bir əsrdə, bir zamanda, bir dövrdə yaşamış olan və ya yaşayan; həməsr.
ətraflı

MÜASİRLƏŞDİRİLMƏ

“Müasirləşdirilmək” dən f.is.

MÜASİRLƏŞDİRİLMƏK

məch. Müasir şəklə salınmaq, müasir dövrün tələblərinə uyğunlaşdırılmaq. // Təkmilləşdirilmək.

MÜASİRLƏŞDİRMƏ

“Müasirləşdirmək”- dən f.is.

MÜASİRLƏŞDİRMƏK

f. Müasir şəklə salmaq, əsrin, dövrün tələblərinə uyğunlaşdırmaq.
ətraflı

MÜASİRLƏŞMƏ

“Müasirləşmək”dən f.is.

MÜASİRLƏŞMƏK

f. Müasir hala, şəklə düşmək; əsrin, dövrün, zamanın tələblərinə, zövqünə uyğun olaraq dəyişmək.

MÜASİRLİK

is. Müasir olma; dövrün, zamanın tələblərinə uyğunluq.
ətraflı