Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «MƏ» – 737
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
MA ME MI MO MU
 

MƏAL

is. [ər.] klas. Bir yazı və ya söz ilə anladılmaq istənilən fikir, məna. Beytin məalı.

MƏBADA

əd. [fars.] Birini bir işdən, hərəkətdən saqındırmaq, çəkindirmək üçün işlədilən söz (bəzən qoşa işlənir); olmaya, olmaya-olmaya, etmə, saqın.
ətraflı

MƏBƏD

is. [ər.] 1. İbadətgah, ibadət yeri (hansı dində olursa olsun).
ətraflı

MƏBƏDGAH

[ər. məbəd və fars. ...gah] bax məbəd. Bizdən yuxarı dağın şəhərə enən tərəfində müqəddəs Davudun məbədgahı da vardır. C.Məmmədquluzadə.

MƏBHUT

zərf [ər.] Heyran-heyran, çaşmış halda, heyrət içində.
ətraflı

MƏBLƏĞ

is. [ər.] Miqdar (pul haqqında). Pulun məbləği.
ətraflı

MƏBUD

is. [ər.] İbadət, sitayiş edilən şey (Allah, büt, ay, gün, ulduz və s.
ətraflı

MƏCAZ

is. [ər.] ədəb. Həqiqi mənasında işlənməyib, oxşarlığı və münasibəti olan başqa bir mənaya oxşadılaraq işlənən söz və ya ifadə; metafora.
ətraflı

MƏCAZİ

sif. [ər.] ədəb. Həqiqi, hərfi mənada deyil, metaforik mənada işlənən; metaforik. Məcazi məna.

MƏCAZİLİK

is. Məcazi mənada işlənmə, məcazi olma. Mənanın məcaziliyi.

MƏCBUR

sif. [ər.] Zorla bir işə sövq olunan, zorla bir işi görməli olan; naçar.
ətraflı

MƏCBURƏN

zərf [ər.] 1. Məcbur olaraq, məcburiyyət altında, zorla, könülsüz olaraq.
ətraflı

MƏCBURİ

sif. [ər.] Şərtsiz olaraq yerinə yetirilməli, qanunən tələb olunan.
ətraflı

MƏCBURİYYƏT

is. [ər.] Məcburluq, məcbur olma, zor, güc.
ətraflı

MƏCBURLUQ

bax məcburiyyət.

MƏCCANƏN

zərf Məccani olaraq; pulsuz, müftə (olaraq).

MƏCCANİ

sif. və zərf [ər.] Müftə, pulsuz, havayı.
ətraflı

MƏCƏLLƏ

is. [ər.] 1. Hüququn hər hansı bir sahəsinə aid sistemə salınmış qanunlar toplusu.
ətraflı

MƏCHUL

sif. [ər.] 1. Bilinməyən, naməlum (məlum əksi).
ətraflı

MƏCHULLU

bax məchul 2-ci mənada. Məchullu tənlik.