Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «MƏ» – 737
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
MA ME MI MO MU
 

MƏCUN

is. [ər.] 1. Xalq təbabətində xəstə və zəif adamlara vermək üçün xüsusi hazırlanmış xəmirvari bir maddə, dərman.
ətraflı

MƏCUS

is. [ər.] Qədim iranlıların atəşpərəstlik dini.

MƏCUSİ

sif. [ər.] Məcus, atəşpərəst dinində olan; atəşpərəst.

MƏDAXİL

is. [ər. “mədxəl” söz. cəmi] Bir idarə, ticarət-sənaye müəssisəsi və ya şəxsin bütün gəliri; gəlir (məxaric əksi).
ətraflı

MƏDAXİLLİ

sif. Gəlirli, mənfəətli, qazanclı, çoxlu gəlir verən, mədaxil gətirən.
ətraflı

MƏDAXİLSİZ

sif. Gəlirsiz, qazancsız, mənfəətsiz, mədaxili olmayan və ya az olan.

MƏDAR

is. [ər.] köhn. bax orbit. ..Yerin kürəsi öz mədarından çıxmayacaqdır. M.İbrahimov.

MƏDD

is. [ər.] 1. coğr. köhn. bax qabarma2 (cəzr müqabili).
ətraflı

MƏDDAH

sif. və is. Mübaliğə ilə bir adamı və ya bir şeyi mədh və tərif edən; mədhnamə yazan.
ətraflı

MƏDDAHLIQ

is. Məddahın işi; həddindən artıq tərifləmə. Məddahlıq etmək.

MƏDD-CƏZR

is. coğr. köhn. Dəniz suyunun vaxtaşırı qalxması və çəkilməsi, artması və azalması hadisəsi; qabarma-çəkilmə.

MƏDƏ

is. [ər. midə] anat. İnsanda və heyvanlarda qarın boşluğunun yuxarı hissəsində yerləşən həzm orqanı. Mədə ağrısı. Mədə yarası.

MƏDƏALTI

sif. anat. Mədənin altında olan, mədənin altında yerləşən. Mədəaltı vəzi.

MƏDƏCİK

is. anat. Ürəyin, qan damarları ilə hərəkətini nizama salan hissəsi.

MƏDƏD

[ər.] 1. is. Kömək, yardım, imdad, aman. Müşküldür arizə divandan mədəd.
ətraflı

MƏDƏDÇİ

sif. və is. köhn. 1. Əl tutan, kömək edən, mədəd olan.
ətraflı

MƏDƏDÇİLİK

is. 1. Kömək əli uzatma, köməkçi olma, yardım etmə.
ətraflı

MƏDƏDKAR

is. [ər. mədəd və fars. ...kar] klas. Əldən tutan, kömək edən, imdada çatan, yardım edən.
ətraflı

MƏDƏDKARLIQ

is. köhn. Kömək etmə, yardım göstərmə, imdada yetmə.

MƏDƏN

is. [ər.] 1. Yer altından çıxarılan faydalı qazıntı (metal külçəsi, mineral və s.
ətraflı