Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «M» – 2721
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
MA ME MI MO MU
 

MAÇ₁

is. dan. Öpüş, öpmə. [Təlxək əcinnə:] ..Barı heç olmasa o şirin dodaqlarından mənə bir maç ver.
ətraflı

MAÇ₂

is. məh. Lobyanın və s. sarmaşan bitkilərin sarınması üçün yerə sancılan ağac.

MAÇA

is. 1. Qoyun və başqa heyvanların dirsəkdən aşağı bilək hissəsi.
ətraflı

MAÇAMAÇ

1. zərf Marçıltı ilə, marçıltı səsi çıxararaq, marçamarçla.
ətraflı

MAÇA-MAÇA

is. Maça ilə oynanılan uşaq oyunu; aşıq-aşıq. Uşaqlar maça-maça oynayırlar.

MÁDAM

bağl. [ər.] Cümlənin əvvəlində gəlib, məzmununda güzəşt olmayan cümləyə güzəştlik xüsusiyyəti verir – bu səbəbə görə ki, buna görə ki (çox vaxt “ki” bağlayıcısı ilə işlənir).
ətraflı

MADÁM

[fr.] Fransada, 1917-ci il inqilabından qabaq isə Rusiyada və bəzi başqa ölkələrdə: ərli qadına (adətən familiyasına qoşularaq) müraciət edilərkən işlədilir; xanım.
ətraflı

MADAPOLAM

[coğr. addan] Adətən alt paltarlıq, sıx ağ pambıq parça.
ətraflı

MADAR

sif. [ər.] Ən istəkli, ən əziz; arxa, ümidgah (övlad haqqında).
ətraflı

MADDƏ₁

is. [ər.] 1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey.
ətraflı

MADDƏ₂

is. [ər.] 1. Rəsmi bir sənəddə, siyahıda, lüğətdə və s.
ətraflı

MADDƏBƏMADDƏ

zərf [ər. maddə və fars. ...bə...] Maddə-maddə, bəndbəbənd; maddələr üzrə. Qərarı maddəbəmaddə müzakirə etmək.

MADDİ

sif. [ər.] 1. Şüurdan asılı olmayaraq mövcud olan; cismani, fiziki.
ətraflı

MADDİLƏŞMƏ

“Maddiləşmək”dən f.is.

MADDİLƏŞMƏK

f. Maddi şəkil almaq, konkret şəkil almaq.

MADDİLİK

is. Maddədən ibarət olma, maddi şeyin xassəsi (mənəvilik ziddi).
ətraflı

MADDİYYAT

is. [ər.] klas. Maddi, cismani şeylər (mənəviyyat əksi).

MADERA

[coğr. addan] Tünd üzüm şərabı növü.

MADƏR

is. [fars.] klas. Ana. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət.
ətraflı

MADƏRŞAHLIQ

is. tar. Qadın qohumluğu xəttinə əsaslanan və qadının hakim olduğu qəbilə qruplarından ibarət ibtidai icma quruluşu forması; matriarxat.