Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ME» – 205
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
MA ME MI MO MU
 

MÉBEL

[fr.] Stol, stul, taxt, şkaf, şifoner və s.
ətraflı

MEBELÇİ

is. Mebel sənayesi işçisi, mebel ustası.

MEBELÇİLİK

is. Mebelçi peşəsi, ixtisası.

MEBELLİ

sif. Mebeli olan, mebellə təchiz olunmuş. Mebelli otaq.

MEDÁL

[fr.] Xüsusi xidmətlərinə, yaxud əməkdə göstərdiyi rəşadətə görə verilən, üzərində hər hansı bir qabarıq təsvir və ya yazı olan fərqlənmə nişanı.
ətraflı

MEDALÇI

is. 1. Məktəbi, kursu bitirdikdə yüksək müvəffəqiyyətlərinə görə medal almış (adam).
ətraflı

MEDALLI

sif. Medal almış, medalla təltif olunmuş, yaxud döşünə medal taxmış. Medallı əsgər.

MEDALYÓN

[fr.] 1. İçərisinə şəkil və ya başqa bir şey qoyulan girdə və ya uzunsov kiçik qutu şəklində zərgərlik məmulatı.
ətraflı

MEDİA

is. [lat.] Dövri mətbuat.

MEDİTASİYA

is. [lat.] fəls. Məqsədi insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət.
ətraflı

MEDİUM

is. [lat.] Ruhlar aləmi ilə canlı insanlar arasında əlaqə yaradan şəxs.

MEDYE

is. [mac.] Macarıstanda inzibatiərazi vahidi (tərkibinə dairə və şəhərlər daxildir).

MEDUZA

[yunan əsatirində qanadlı əjdaha adından] zool.
ətraflı

MEGERA

is. [yun.] Qədim yunan mifologiyasında qisasçı ilahələrdən birinin adı.

MEH

is. [fars.] Xəfif yel, yüngül, yumşaq yel, sakit külək.
ətraflı

MEHLİ

sif. Meh əsən, xəfif küləkli. Mehli səhər.

MEHMAN

is. [fars.] Qonaq. Bir-iki gün ki, sənə, ey nigar, mehmanəm; Nolur əgər tutasan hörmətin bu mehmanın? S.
ətraflı

MEHMANXANA

is. [fars.] Başqa yerdən gələnlərin müvəqqəti yaşaması üçün xüsusi təchizatlı otaqları olan ev; qonaq evi.
ətraflı

MEHMANXANAÇI

is. köhn. Mehmanxana sahibi, mehmanxana saxlayan adam.

MEHMANXANAÇILIQ

is. köhn. Mehmanxana saxlamaqla məşğul olma, mehmanxana işi.
ətraflı