Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «MU» – 112
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
MA ME MI MO MU
 

MU

is. [fars.] klas. Saç, tük, tel. Saçına uymuş xəyalım çünki ənbərbu kimi; Ol səbəbdən incəlib qəddim olubdur mu kimi.
ətraflı

MUÁR

[fr.] 1. İşıq düşəndə müxtəlif rəngli çalarlar verən sıx toxunmuş ipək və ya yarımipək parça.
ətraflı

MUÁVR

is. [xüs. is.-dən] Triqonometrik şəkildə olan kompleks ədədi n-ci qüvvətə yüksəltmək üçün düstur.

MUCUL

is. 1. Közərdilmiş dəmirin üst qabığı. 2.
ətraflı

MUCULLANMA

“Mucullanmaq”dan f.is.

MUCULLANMAQ

f. Yanıb yığılmaq; büzüşmək, yığılmaq. Yun yanıb mucullandı.

MÚFEL

is. [alm.] Sənayedə işlədilən elektrik və ya alovlu qızdırıcı soba.

MUFLÓN

is. [fr.] Qoyun növü; dağ qoyunu.

MUFTA

[alm.] 1. tex. Val, boru və s. kimi silindrik şeyləri bir-birinə rəbt etmək üçün metal halqa, bilərzik.
ətraflı

MUĞ

is. [fars.] tar. Zərdüşt dininə mənsub adam; atəşpərəst, məcusi.

MUĞAM

is. [ər. məqam – mövqe] mus. 1. Bir neçə hissədən ibarət vokal-instrumental və ya instrumental Şərq musiqisi.
ətraflı

MUĞAMAT

[ər. “məqam” söz. cəmi] Muğam tərzində olan havalar.
ətraflı

MUĞAMATÇI

1. is. Əsasən muğam oxuyan xanəndə. 2. B a x muğamatşünas.

MUĞAMATŞÜNAS

is. [ər. məqamat və fars. ...şünas] Muğamatları yaxşı bilən musiqişünas.
ətraflı

MUĞAMVARİ

sif. Muğama oxşayan, muğam tərzində olan. Muğamvari melodiya.

MUĞAYAT

[ər. müqəyyəd]: muğayat olmaq – qorumaq, gözü üstündə olmaq, zərər toxunmağa qoymamaq, göz olmaq.
ətraflı

MUXRU

is. məh. Böyük uzun alaçıq. Comərd dəstəni lap kənardakı tək muxruya tərəf çəkdi. Ə.Abasov.

MUXTAR

sif. [ər.] 1. Muxtariyyət hüququ olan. Muxtar vilayət.
ətraflı

MUXTARİYYƏT

is. [ər.] Daxili qanunvericilik və idarəetmə işlərində sərbəst olma hüququ; özünüidarə. Muxtariyyət tələb etmək.

MUXTARİYYƏTLİ

bax muxtar 1-ci mənada.