Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «NÖ» – 55
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
NA NE NI NO NU
 

NÖKƏR

is. Keçmişdə ağasına xidmət edən və onun şəxsi tapşırıqlarını yerinə yetirən ev xidmətçisi (oğlan).
ətraflı

NÖKƏRÇƏ

is. Balaca nökər, nökərçilik edən balaca oğlan uşağı.
ətraflı

NÖKƏRÇİLİK

is. Nökər olma, nökərlik etmə. Nökərçilik etmə.
ətraflı

NÖKƏRLİK

is. Nökərin işi, vəzifəsi; nökərçilik.

NÖQSAN

is. [ər.] 1. Çatışmayan cəhət, çatışmazlıq.
ətraflı

NÖQSANLI

sif. 1. Nöqsanı olan, qüsurlu, eyibli, kəsirli, səhvli.
ətraflı

NÖQSANLILIQ

is. Nöqsanlı şeyin halı, qeyri-kamillik.

NÖQSANSIZ

sif. Heç bir nöqsanı, eybi, kəsiri olmayan; kəsirsiz, qüsursuz. Nöqsansız iş. Nöqsansız yazı.

NÖQSANSIZLIQ

is. Nöqsansız şeyin halı; qüsursuzluq, kəsirsizlik.

NÖQTEYİ-NƏZƏR

is. [ər.] Müəyyən bir məsələ haqqında fikir, görüş, mülahizə, baxış; baxım.
ətraflı

NÖQTƏ

is. 1. Qələm, karandaş, iynə və s. bu kimi şeylərin ucunun bir yerə batmasından, ya toxunmasından qalan girdə xalcıq, iz, ləkə.
ətraflı

NÖQTƏBƏNÖQTƏ

zərf [ər. nöqtə və fars. ...bə...] Tamamilə, olduğu kimi, eynən, heç bir kəlmə buraxmadan, kəlməsi-kəlməsinə, sözbəsöz, bütün təfərrüatı ilə.
ətraflı

NÖQTƏCƏ

zərf Son dərəcə az, olduqca az; zərrəcə. Dəhənin sirrini sordum, dedi, yoxdan nə deyim; Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür. S.Ə.Şirvani.

NÖQTƏLƏMƏ

“Nöqtələmək”dən f. is.

NÖQTƏLƏMƏK

f. Nöqtə və ya nöqtələr qoymaq, nöqtə düzmək.

NÖQTƏSİ-NÖQTƏSİNƏ

bax nöqtəbənöqtə.

NÖMRƏ

[lat. numerus – ədəd] 1. Bir şeyin eyni cinsli şeylər sırasında sıra sayı.
ətraflı

NÖMRƏBAZ

sif. [lat. numerus və fars. ...baz] dan. Hiyləgər, fırıldaqçı, kələkbaz. Nömrəbaz adam.

NÖMRƏLƏMƏ

“Nömrələmək”dən f.is.

NÖMRƏLƏMƏK

f. Şeylərə sıra üzrə rəqəm yazmaq, nömrə qoymaq.
ətraflı