Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Q» – 3959
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
QA QE QI QL QN QO QR QU QV
 

Q

Azərbaycan əlifbasının on yeddinci hərfi. bax qe.

QA

təql. Qarğanın çıxardığı səs. Böylə sözdən fərəhlənib qarğa; Ağzını açdı, ta ki etsin qa! M.Ə.Sabir.

QAAN

is. tar. Türk, monqol və tatar xanları üçün “hökmdarlar hökmdarı” mənasında işlədilən ünvan; xaqan.

QAB

is. 1. İçərisinə şey qoymaq və ya içərisində şey saxlamaq üçün məişət avadanlığı.
ətraflı

QABA

sif. 1. Kobud, sərt, cod. Qaba yun. Qaba parça.
ətraflı

QABAĞARDAN

is. dan. Qalayçı.

QABAQ₁

is. 1. bot. Qarpız, qovun və xiyar cinsindən, yerə yayılan iriyarpaqlı bir bitkinin uzunsov, ya girdə, sarımtıl və ya yaşıl meyvəsi; balqabaq, kudu.
ətraflı

QABAQ₂

1. zərf Əvvəl, irəli. Üç gün bundan qabaq gəlmişəm.
ətraflı

QABAQCA

zərf Əvvəlcə, əvvəldən, irəlicə, irəlidən.
ətraflı

QABAQCADAN

zərf Qabaqdan, əvvəldən, irəlicədən. Qabaqcadan şərtləşmək.
ətraflı

QABAQCIL

sif. 1. Ən şüurlu, ən gözüaçıq, ən təşəbbüslü; işdə, mübarizədə hamıdan irəlidə gedən, ən fəal.
ətraflı

QABAQCILLIQ

is. Hər hansı bir işdə qabaqcıl olma, ön sırada olma; birincilik, təşəbbüsçülük.
ətraflı

QABAQDA

zərf 1. İrəlidə, qabaq tərəfdə. Qabaqda oturmaq.
ətraflı

QABAQDAKI

sif. Qabaqda, irəlidə olan; qabaqda duran, ya oturan.
ətraflı

QABAQDAN

zərf 1. Qabaq tərəfdən, ön tərəfdən; qarşı tərəfdən; qarşıdan.
ətraflı

QABAQGÖRƏN

sif. Gələcəyi görən, bəsirətli, açıqfikirli; qabaqcıl, tərəqqipərvər.
ətraflı

QABAQGÖRƏNLİK

is. Qabağı görmə, gələcəyi görmə; açıqfikirlilik, bəsirət.

QABAQKI

sif. Əvvəlki, əvvəldə olan, keçmişdə olan.
ətraflı

QABAQ-QARŞI

zərf Qabaq-qabağa, qarşıqarşıya, üz-üzə. Sadıq xanla Məmməd bəyin gözlərinə yuxu getmirdi: qabaq-qarşı oturub sabahın dərdinə qalmışdılar.
ətraflı

QABAQ-QƏNŞƏR

is. Qabaq, göz qabağında olan, görünən yer.
ətraflı