Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «RÜ» – 39
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
RA RE RI RO RU
 

RÜB

is. [ər.] 1. Dörddə bir; ilin dörddə bir hissəsi; üçaylıq, kvartal.
ətraflı

RÜBAB

is. [ər.] Bir çox Şərq xalqları arasında geniş yayılmış simli musiqi aləti.
ətraflı

RÜBABÇI

is. Rübab çalan. Rübabçı qızlar ansamblı.

RÜBAİ

is. [ər.] Quruluşca dörd misradan ibarət olub, birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq mənzum əsər.
ətraflı

RÜBƏND

is. [fars.] köhn. Üz örtüyü (qadınlarda).
ətraflı

RÜBƏNDLİ

sif. Üzündə rübənd olan, üzünə rübənd taxmış.
ətraflı

RÜBLÜK

sif. Bir rüb (1-ci mənada) üçün nəzərdə tutulmuş, bir rübdə görülən, bir rüb davam edən, bir rübdə başa gələn. Rüblük plan. Rüblük gəlir.

RÜCU

is. [ər.] klas. Geri dönmə, qayıtma, ricət (etmə).
ətraflı

RÜFƏQA

is. [ər. “rəfiq” söz. cəmi] Rəfiqlər, yoldaşlar, dostlar.
ətraflı

RÜFƏT

is. [ər.] Yüksəklik, böyük rütbə.

RÜX

is. [fars.] klas. Yanaq, üz.

RÜXSAR

is. [fars.] klas. Üz, çöhrə. Canımı yandırdı hicr, ey atəşin rüxsar, eşit! Qövsi.
ətraflı

RÜKƏT

is. [ər.] din. Namazda bir qiyam (ayağa qalxma) ilə bir rüku (əyilmə) və iki səcdədən ibarət hərəkət.
ətraflı

RÜKN

is. [ər.] 1. Bir şeyin ən sağlam və möhkəm tərəfi; təməl, dirək, istinadgah.
ətraflı

RÜKU

is. [ər.] din. Namazda əlləri dizlərə dayayıb əyilmə hərəkəti.
ətraflı

RÜMUZ

is. [ər. “rəmz” söz. cəmi] klas. bax rəmz.
ətraflı

RÜSXƏT

[ər.] İzin, icazə. Rüsxət istəmək. _Rüsxət almaq – icazə almaq, izin almaq.
ətraflı

RÜSXƏTNAMƏ

is. [ər. rüsxət və fars. ...namə] Rüsxət vərəqəsi; icazənamə.

RÜSUM₁

is. [ər. “rəsm” söz. cəmi] Gətirilən və çıxarılan mallardan və s.
ətraflı

RÜSUM₂

is. [ər.] b a x rəsm 2-ci mənada. Ancaq bu qudalıq rüsumunun başqa bir mənası nəzərdə tutulurdu. R.Əfəndiyev.