Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «RE» – 263
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
RA RE RI RO RU
 

REABİLİTÁSİYA

is. [lat.] 1. Təmizəçıxarılma. 2. Hüquqların bərpası.
ətraflı

REAGENT

[lat. re... – əks və agens – edən] Kimyəvi reaksiyada iştirak edən maddə; reaktiv.

REÁKSİYA

[lat. re... – əks və actio – hərəkət] 1. Hər hansı bir təsirə cavab olaraq əmələ gələn təsir.
ətraflı

REAKTİV₁

[lat. re... – əks və activus – fəal] kim.
ətraflı

REAKTİV₂

sif. [lat. re... – əks və activus – fəal] fiz.
ətraflı

REÁKTOR

[lat.] Arasıkəsilməz və tənzim edilə bilən atom enerjisi almaq üçün qurğular sistemi (bu, atom nüvələrinin bölünməsinin zəncirvari reaksiyasından istifadə əsasında əmələ gəlir). Atom reaktoru. Nüvə reaktoru.

REÁL

sif. [lat. realis] 1. Xəyalda deyil, həqiqətdə mövcud olan; həqiqi, gerçək.
ətraflı

REALİST

[lat.] 1. Real düşünən, öz işində, fəaliyyətində real varlığın şəraitini nəzərə alan və buna uyğun hərəkət edən adam.
ətraflı

REALİZƏ

[lat.] Satma, satılma; satıb pula çevirmə, satılıb pula çevrilmə.
ətraflı

REALİ́ZM

[lat. realis – maddi, həqiqi] 1. Həqiqi vəziyyəti, şəraiti, imkanları və qüvvələrin nisbətini dərketmə bacarığı.
ətraflı

REALLAŞDIRILMA

“Reallaşdırılmaq”dan f.is.

REALLAŞDIRILMAQ

məch. Həyata keçirilmək. // Həyata keçirilmək üçün şərait yaradılmaq.

REALLAŞDIRMA

“Reallaşdırmaq”dan f.is.

REALLAŞDIRMAQ

f. Həyata keçirmək, gerçəkləşdirmək. // Həyata keçmək üçün şərait yaratmaq.

REALLAŞMA

“Reallaşmaq”dan f.is.

REALLAŞMAQ

f. Həyata keçmək, həyata keçirilmək, real bir şəkil almaq; gerçəkləşmək.
ətraflı

REALLIQ

is. 1. Obyektiv mövcud olan varlıq; gerçəklik, həqiqilik.
ətraflı

REÁLNİ

[rus., əsli lat.]: realni məktəb – 1917-ci il inqilabından əvvəlki Rusiyada: tədris planında təbii və dəqiq elmlərə çox yer verilən, qədim dillər keçilməyən orta məktəb.
ətraflı

REANİMÁSİYA

is. [lat.] Klinik ölüm vəziyyətində olan insanın canlanmasına yönəlmiş bədbəxt hadisə, xəstəlik nəticəsində həyat əlamətli orqanların qəflətən itirilmiş funksiyalarının bərpası üçün tədbirlər kompleksi.

REBUS

is. [lat.] Fiqurlar, işarələr və rəsmlər vasitəsilə düzəldilən tapmaca.