Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «SÜ» – 235
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
SA SE SF SX SI SK SL SM SN SO SP SR SS ST SU SV
 

SÜBH

is. [ər.] Səhər erkən çağı, günün başlanğıcı, günün ilk saatları; səhər, sabah.
ətraflı

SÜBH-ŞAM

[ər. sübh və fars. şam] klas. bax səhər-axşam.

SÜBUT

is. [ər.] Hər hansı bir şeyin həqiqiliyini, düzlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil.
ətraflı

SÜBUTLU

sif. Sübutu, dəlili olan.

SÜBUTSUZ

sif. Heç bir sübutu, dəlili olmayan, sübut edilə bilməyən. Sübutsuz ittiham. Sübutsuz iddialar.

SÜBUTSUZLUQ

is. Heç bir dəlili, sübutu olmama, sübut edilə bilməyən şeyin halı.

SÜD

is. 1. Balalarını yedirib bəsləmək üçün qadınların və məməli heyvanların məmələrindən gələn ağ, qidalı maye.
ətraflı

SÜDAŞI

is. Südlüsıyıq, südlüaş.

SÜDÇÜ

is. 1. Südsatan adam. Oba içində gəzinirdim.
ətraflı

SÜDÇÜLÜK

is. 1. Südçünün işi, peşəsi. Südçülük eləmək.
ətraflı

SÜDDAŞ

sif. Eyni anadan süd əmən uşaqlardan hər biri; süd qardaşı (bacısı).

SÜDƏCƏR

sif. Bir-birinin dalınca doğulan. Südəcər uşaqlar.
ətraflı

SÜDƏMƏR

sif. 1. Döş əmən, süd əmən; körpə, çağa. [Ceyran:] Qucağındakı südəmər uşağını nə etsin? S.
ətraflı

SÜDXANA

is. 1. Süd məhsulları hazırlanan və saxlanılan yer, bina.
ətraflı

SÜDQABI, SÜDDAN

is. Süd tökmək üçün qab.

SÜDLƏYƏN

is. bot. İçində süd kimi ağ maye olan bitki növü.

SÜDLÜ

sif. 1. Yaxşı süd verən, südü çox olan. Südlü inək.
ətraflı

SÜDLÜAŞ

bax südlüplov. Aşpaz aşpazlığını artırıb, südlüaşa soğan doğrayır. (Məsəl).

SÜDLÜK

is. Süd vermək üçün yetişdirilən, südverən, sağmal. Südlük cins.

SÜDLÜLÜK

is. Ev heyvanlarının bu və başqa miqdarda südvermə qabiliyyəti.
ətraflı