Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Sİ» – 325
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
SA SE SF SX SI SK SL SM SN SO SP SR SS ST SU SV
 

is. Musiqi qamması notlarının yeddincisi.

SİAM

is. Tai tayfalarına verilən ad.

SİAN

is. Kəskin iyli, rəngsiz qaz (kimya).

SİANİD

is. Acı badam iyli rəngsiz uçucu maye.

SİBO

is. Çində yaşayan xalq.

SİCİLLƏMƏ

sif. Uzun-uzadı, çox müfəssəl, çox ətraflı surətdə (adətən “bir” sözü ilə).
ətraflı

SİCİM

is. Yundan, keçi qılından əyrilmiş ip. [Əsgər bəy:] Xurcundan sicimi çıxart, bura ver! M.
ətraflı

SİCİMLƏMƏ

“Sicimləmək”dən f.is.

SİCİMLƏMƏK

f. Sicimlə bağlamaq. Yükü sicimləmək.

SİÇAN

is. Təsərrüfata ziyan vuran balaca, uzunsifət, uzunquyruq, adətən boz rəngli gəmirici.

SİÇANABƏNZƏR, SİÇANAOXŞAR

sif. Görünüşcə siçana oxşayan. Siçanaoxşar gəmiricilər.

SİÇANQUYRUĞU

is. bot. Nazik köklü, dəstə şəkilli budaqları olan bitki.

SİÇAN-PİŞİK

is. Uşaq oyunlarından birinin adı. ◊ Siçan-pişik (oyunu) oynamaq – aldatmaq, bir-birinə kələk gəlmək.
ətraflı

SİÇOVUL

is. zool. Siçanaoxşarlar fəsiləsindən, siçandan iri, uzun, xallı quyruğu olan boz rəngli gəmirici.
ətraflı

SİDİK

is. Böyrəklərin, maddələr mübadiləsi məhsulu kimi ifraz etdiyi və orqanizmdən sidik tənasül üzvləri vasitəsilə çıxan su, maye.

SİDİKLİK

is. anat. Orqanizmin sidik saxlayan üzvü; sidik kisəsi.

SİDQ

is. [ər.] Sədaqət, səmimilik, ürək təmizliyi.
ətraflı

SİDR

is. [ər.] bot. Ucaboylu, iynəyarpaqlı, həmişəyaşıl ağac.
ətraflı

SİFARİŞ

is. 1. Bir şeyi hazırlamağı, yerinə yetirməyi və ya gətirməyi tapşırma, ismarlama.
ətraflı

SİFARİŞÇİ

is. Sifariş verən, iş tapşıran.