Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «SƏ» – 718
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
SA SE SF SX SI SK SL SM SN SO SP SR SS ST SU SV
 

SƏADƏT

is. [ər.] 1. Həyatda ən yüksək məmnunluq hissi; bir şəxsin hər hansı bir şeydən duyduğu dərin məmnunluq və sevinc hissi; xoşbəxtlik.
ətraflı

SƏADƏTLİ

sif. Xoşbəxt, bəxtiyar, məsud, uğurlu. Səadətli günlər.
ətraflı

SƏADƏTSİZ

sif. Bəxtsiz, bədbəxt, uğursuz. Sözün şənində şöhrət var, bu məna qəflətən solmaz; Çiçəksiz, sözsüz, insansız, səadətsiz bahar olmaz! S.Vurğun.

SƏADƏTSİZLİK

is. Bəxtsizlik, bədbəxtlik, uğursuzluq.

SƏBA, SƏBA YELİ

is. [ər.] şair. Səhər əsən xəfif yel; meh.
ətraflı

SƏBAT

is. [ər.] Axıra qədər sözünün üstündə durma, iqrarında möhkəm olma; dəyanət, sabitlik, davamlılıq, möhkəmlik, mətanət, əzm.
ətraflı

SƏBATLA

zərf Mətanətlə, dözümlə, möhkəmliklə, səbat göstərərək.

SƏBATLI

sif. Sözünün üstündə duran, iqrarında möhkəm olan; dəyanətli, mətanətli, möhkəm, əzmli.
ətraflı

SƏBATSIZ

sif. Sözünün, qərarının üstündə durmayan, sabit olmayan, möhkəm olmayan, mətanət göstərməyən; mütərəddid, dəyanətsiz. Səbatsız adam.

SƏBATSIZLIQ

is. Sözünün, qərarının üstündə durmama; dəyanətsizlik, qərarsızlıq.

SƏBƏB

is. [ər.] 1. Bir şeyin, hadisənin baş verməsini şərtləndirən başqa hadisə, şərait.
ətraflı

SƏBƏBKAR

is. [ər. səbəb və fars. ...kar] Bir şeyə səbəb olan, bais olan adam; təqsirkar.
ətraflı

SƏBƏBKARLIQ

is. Səbəbkar olma, bais olma; təqsirlilik.

SƏBƏBLİ

sif. Müəyyən səbəbi olan, üzürlü.

SƏBƏBSİZ

sif. və zərf Heç bir səbəb olmadan, heç bir əsas olmadan, nahaq yerə.
ətraflı

SƏBƏT

is. İçinə meyvə, göyərti və s. yığmaq üçün qarğıdan, qamışdan və s.
ətraflı

SƏBƏTCİK

is. Balaca səbət.

SƏBƏTÇİ

is. Səbətdə gəzdirib şey satan adam.

SƏBƏTTOXUYAN

is. Peşəkar səbət toxuyan.

SƏBİ

is. [ər.] 1. Məğlub edilmiş tərəfdən əsir tutulub satılan adam.
ətraflı