Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «SK» – 16
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
SA SE SF SX SI SK SL SM SN SO SP SR SS ST SU SV
 

SKAFÁNDR

is. [fr.] 1. Dalğıc geyimi. 2. Stratonavt geyimi. 3. Kosmos uçuşları üçün geyim.

SKAMYÁ

[rus.] Üstündə oturmaq üçün dayaqlar üzərində düzəldilmiş söykənəcəkli kürsü.
ətraflı

SKARLATİ́N

[ital. scarlattina – qıpqırmızı] tib. Boğazda ağrı və bədəndə qırmızı səpgilər şəklində təzahür edən, əksəriyyətlə uşaqları tutan çox yoluxucu xəstəlik.

SKELÉT

[yun. skeleton – qurumuş bədən] 1. İnsan və onurğalı heyvan bədəninin əsasını, gövdəsini təşkil edən sümüklərin hamısı bir yerdə.
ətraflı

SKÉPTİK

is. [yun.] 1. Skeptisizm tərəfdarı. 2. Hər şeydən şübhələnən adam, hər şeyə şübhə ilə baxan adam; şəkkak.

SKEPTİSİ́ZM

[yun. skepsis – baxma] 1. Obyektiv varlığın insan tərəfindən gerçək dərk edilə bilməsini inkar edən idealist fəlsəfi cərəyan.
ətraflı

SKETÇ

is. [ing.] Estrada üçün yazılmış kiçik məzhəkə.
ətraflı

SKİPİDÁR

[rus.] İynəyarpaqlı ağacların qatranından hasil edilən kəskin iyli, rəngsiz və sarımtıl rəngli maye maddə (təbabətdə, lak-boya emalında işlənir).

SKLÉRA

is. [yun.] Göz almasının qeyrişəffaf xarici qişası.

SKLERİ́T

is. Göz ağı qişasının iltihabı.

SKLERÓZ

[yun. skleros – bərk] Bədənin müxtəlif orqanlarında bu və ya digər spesifik elementin azalması və onu birləşdirici sərt toxuma əvəz etməsi nəticəsində təzahür edən xəstəlik prosesi.
ətraflı

SKLEROZLU

sif. Sklerozu olan.

SKRİ́PKA

[rus.] Diapazon cəhətcə ən yüksək olan, yayla çalınan dördsimli musiqi aləti.
ətraflı

SKRİPKAÇALAN, SKRİPKAÇI

is. Skripkada çalan musiqiçi.

SKÚMBRİYA

is. [yun.] Dəniz balığı.

SKÚTER

is. [ing.] Daxiliyanma mühərriki ilə işləyən bir yerli idman qayığı.