Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «SU» – 148
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
SA SE SF SX SI SK SL SM SN SO SP SR SS ST SU SV
 

SU

is. 1. Dənizləri, gölləri, çayları, bulaqları əmələ gətirən və hidrogenlə oksigenin kimyəvi birləşməsindən ibarət olan şəffaf rəngsiz maye.
ətraflı

SUAXAN

is. Keçmişdə: çimmək üçün evlərin küncündə düzəldilən xüsusi yer.
ətraflı

SUAL

is. [ər.] 1. Bir şey haqqında cavab, məlumat almaq üçün müraciət etmə, soruşma; sorğu.
ətraflı

SUALBAZ

sif. [ər. sual və fars. ...baz] Yerli-yersiz sual verməyi sevən adam; sualçı.
ətraflı

SUAL-CAVAB

bax sorğu-sual. Sualcavab başlandı. Sual-cavab uzun çəkdi.
ətraflı

SUALÇI

bax sualbaz.

SUALEDİCİ

sif. Sual ifadə edən; suallı. Sualedici gözlər.
ətraflı

SUALLI

bax sualedici. Hacı Rəsul Tahirzadənin suallı baxışını görüb əllaməlik büruzə vermək istədi. Mir Cəlal.

SUALTI

sif. 1. Suyun altında olan, icra edilən, su səviyyəsindən aşağıda olan.
ətraflı

SUAŞIRAN

is. tex. Artıq suyun axıb getməsi üçün bəndin divarlarında düzəldilən hidrotexniki qurğu, deşik, pəncərə, boru və s.

SUAŞIRI

is. Çayda suyun iti axdığı yer.

SUAYIRICI

is. coğr. Çay hövzələrini, yəni suların axımını iki əks istiqamətə ayıran təpə, xətt. Suayırıcıdan axan çaylar.

SUBASAN, SUBASAR

bax çaybasar. Subasan çəmən. – Qoy yamyaşıl məxmər geysin hər biçənək, hər zəmi; Körpə ceyran düzə gəlsin subasarı görəndə.
ətraflı

SUBAY

sif. Evlənməmiş. Subay oğlan. Subay qız.

SUBAYLIQ

is. Subay olma, əri və ya arvadı olmama, subay adamın vəziyyəti.
ətraflı

SUBAYSAYAĞI

sif. və zərf Subayda olduğu kimi, subay kimi.
ətraflı

SUBSTÁNSİYA

[lat. substantia] fəls. Bütün əşya və hadisələrin ilk əsası, mahiyyəti, məğzi.

SUBSTANTİVLƏŞMƏ

is. dilç. Digər nitq hissələrinin isim kateqoriyasına keçməsi; isimləşmə. Sifətin substantivləşməsi.

SUBSTANTİVLƏŞMƏK

f. dilç. İsim kateqoriyasına keçmək; isimləşmək.

SUBTROPİ́K

sif. Subtropik sahəyə aid, subtropikdə olan.
ətraflı