Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «TƏ» – 810
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

TƏBƏQƏ₁

is. [ər.] 1. Bir şeyin başqa bir şeyin üstünü örtən kütləsi və ya hissəsi; qat, lay.
ətraflı

TƏBƏQƏ₂

is. [ər.] Vərəq. Katib canının dərdindən .
ətraflı

TƏBƏQƏLƏŞMƏ

“Təbəqələşmək”dən f.is. Tez-tez bir dəstə feodal təbəqəsinin hakimiyyəti digər dəstənin hakimiyyətilə dəyişilirdi, ictimai-siyasi təbəqələşmə güclənirdi. M.İbrahimov.

TƏBƏQƏLƏŞMƏK

f. İctimai, mədəni və s. cəhətdən yekcinsliyini itirərək təbəqələrə bölünmək (adamlar, cəmiyyət və s. haqqında).

TƏBƏRRÜK

is. [ər.] 1. Dindarlara görə, xoşbəxtlik, uğur gətirən, xəstələri sağaldan müqəddəs torpaq, su, müqəddəs adamın geyiminin kiçik parçası və s.
ətraflı

TƏBƏRZİN

is. [ər.] 1. Baltaya bənzəyən qədim silah.
ətraflı

TƏBƏSSÜM

[ər.] 1. is. Gülümsəmə. [Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı.
ətraflı

TƏBİB

is. [ər.] Həkim. Təbib olsam, yaraların bağlaram; Sinəm üstə düyünlərəm, dağlaram.
ətraflı

TƏBİBLİK

is. Həkimlik. [Həkimbaşı:] Mən qırx beş ildir ki, təbiblik edirəm. Ə.Haqverdiyev.

TƏBİƏT

is. [ər.] 1. Yerdə təbii şəraitin (yerin səthi, bitki aləmi, iqlim və s.
ətraflı

TƏBİƏTCƏ

zərf Təbiətinə görə, xasiyyətinə görə; xasiyyətcə; təbiətən.
ətraflı

TƏBİƏTÇİ

bax təbiətşünas. Gənc təbiətçilər dərnəyi.

TƏBİƏTƏN

zərf [ər.] Xilqətcə, fitrətən, yaradılışında.
ətraflı

TƏBİƏTŞÜNAS

is. [ər. təbiət və fars. ...şünas] Təbiətşünaslıqla məşğul olan adam, təbiətşünaslıq alimi; təbiətçi, naturalist.
ətraflı

TƏBİƏTŞÜNASLIQ

is. Təbiət hadisələri və qanunauyğunluqları haqqında elm; təbiət elmləri.

TƏBİİ

sif. [ər.] 1. Təbiətə (yer səthinə, iqlimə, heyvan və bitki aləminə və s.
ətraflı

TƏBİİLİK

is. Təbii, qeyri-süni şeyin halı (sünilik əksi).
ətraflı

TƏBİL

is. [ər.] İri nağara. Səhnənin dalından təbil və sinc səsi gəlir.
ətraflı

TƏBİLÇİ

is. Təbil çalan çalğıçı. Təbilçi Qurban, Qara Məlikin gecələr xəlvətcə Təbrizə gəlib, Rüxsarə ilə görüşdüyünü Nəsrəddinə xəbər verdi. M.S.Ordubadi.

TƏBİR

is. [ər.] 1. Söz, kəlmə, ifadə. 2. Yozma.
ətraflı