Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «TE» – 82
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

TE

“T” hərfinin və bu hərflə işarə olunan samitin adı.

TEÁTR

[yun. teatros] 1. İncəsənətin, aktyorların tamaşaçılar qarşısında göstərdikləri səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən növü.
ətraflı

TEATRŞÜNAS

is. [yun. teatros və fars. ...şünas] Teatrşünaslıq mütəxəssisi.

TEATRŞÜNASLIQ

is. Sənətşünaslığın, teatrın inkişafını, onun ictimai həyatda rol və əhəmiyyətini öyrənən sahəsi.

TEFLON

is. ABŞ-da istehsal olunan sintetik materiallardan birinin ticarətdə işlədilən adı.

TEXMİ́NİMUM

[yun. techne və lat. minimum] Texniki minimum müəyyən ixtisas sahəsində çalışan fəhləyə lazım olan biliklərin məcmusu, həmçinin fəhlələrin istehsalatdan ayrılmadan müəssisədə aldıqları texniki təhsil. Texminimum dərnəyi.

TÉXNİK

[yun. technike] 1. Texnikanın müəyyən sahəsində çalışan orta texniki təhsilli mütəxəssis.
ətraflı

TÉXNİKA

[yun. technike – bacarıq, ustalıq] 1. İctimai istehsalda tətbiq edilən alət və vasitələrin məcmusu, habelə insanın onları öyrənmək, tətbiq etmək və təkmilləşdirmək sahəsindəki fəaliyyəti.
ətraflı

TEXNİKİ́

sif. 1. Texnikaya aid olan, texnikadan istifadə ilə əlaqədar olan.
ətraflı

TÉXNİKUM

[yun.] Orta ixtisas təhsili verən texniki və ya ümumiyyətlə, peşə məktəbi.
ətraflı

TEXNOLÓGİYA

[yun. techne və loqos – məfhum, elm] İstehsal proseslərini həyata keçirmək üsul və vasitələri haqqında biliklərin məcmusu, habelə bu üsulların özü.

TEXNOLOJİ́

sif. [yun.] Texnologiyaya aid olan, texnologiya üsulları ilə əlaqədar olan.
ətraflı

TEXNÓLOQ

[yun.] İstehsalın müəyyən sahəsinin texnologiya mütəxəssisi. Mühəndis- texnoloq. Kimyaçı-texnoloq.

TEİZM

is. [yun.] Allahın fövqəltəbii vücud kimi varlığına, bütün maddi və mənəvi proseslərə onun zəka və iradəsinə təsir göstərməsini qəbul edən dini, fəlsəfi təlim.

TEKSTOLOGİYA

is. [lat.] Filologiya və tarix elmlərinin mətnlərin tədqiqi və nəşri ilə məşğul olan sahəsi; mətnşünaslıq.

TEKTONİ́K

sif. [yun.] geol. 1. Yer qabığının hərəkətinə və deformasiyasına aid olan, onun nəticəsi olan.
ətraflı

TEKTÓNİKA

[yun. tektonike – tikinti sənəti] Geologiyanın, yer qabığının quruluşunu, hərəkət və deformasiya qanunauyğunluqlarını öyrənən sahəsi.

TEL₁

is. 1. Saçın hər bir dənəsi. Məryəm qara saçlarından üç tel ayırdı.
ətraflı

TEL₂

is. məh. Düyü unu və şəkərdən bişirilən tel şəklində ağ və kövrək şirniyyat növü.
ətraflı

TEL₃

“Teleqram” sözünün qısaltması. [Hacı Salman:] Hacı əmin sənə qurban, bu teli bir oxu.
ətraflı