Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «TE» – 82
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

TELEQRÁF

[yun. tele və grapho – yazıram] 1. Təcili məlumatları tez uzaq məsafəyə verən elektrik və ya radio rabitəsi növü.
ətraflı

TELEQRAFÇI

is. Teleqramları qəbul edən və verən teleqraf işçisi.
ətraflı

TELEQRAFXANA

is. [yun. tele, grapho və fars. ...xanə] b a x teleqraf 2-ci mənada.

TELEQRÁM

[yun. tele və gramma – yazı] Teleqrafla verilən xəbər, məlumat, habelə məlumat yazılmış blank.
ətraflı

TELEMEXÁNİKA

[yun. tele və mechanike] xüs. 1. İstehsal proseslərinin rabitə vasitələrinin köməyilə uzaq məsafədən idarə olunması.
ətraflı

TELEMEXANİKLƏŞDİRMƏ

is. İstehsal proseslərini uzaq məsafədən idarə etmək üçün rabitə vasitələrin tətbiq etmək.

TELEOBYEKTİ́V

[yun. tele və lat. objectum] Uzaqda olan şeylərin şəklini iri miqyasda çəkmək üçün foto və ya kinoaparat obyektivi.

TELEPÁTİYA

is. [yun.] Hiss orqanlarının köməyi ilə fikir və hisslərin məsafəyə ötürülməsi.

TELESKÓP

[yun. tele və skopeo – baxıram] Göy cisimlərini müşahidə etmək üçün optik astronomiya cihazı.

TELETÁYP

[ing. teletype] Yazı maşını tipli klaviaturası olan, hərf çap edən teleqraf aparatı.

TELETAYPÇI

is. Teletaypda işləyən rabitə işçisi.

TELEVERİLİŞ

is. Televiziya verilişi. Televeriliş vaxtı. Televeriliş proqramı.

TELEVİ́ZİYA

[yun. tele və lat. visio – görmə] Əksin elektrik və ya radiorabitə vasitəsilə uzaq məsafəyə verilməsi.
ətraflı

TELEVİ́ZOR

[yun. tele və lat. visio – görmə] Televiziya verilişlərini və onların səsini qəbul edən radiotexniki qurğu, cihaz.
ətraflı

TELLİ

sif. Telləri olan; tellərini alnına tökmüş; saçlı.

TELLÚR

is. [lat.] Elementlərin dövrü sisteminin VI qrupunda kimyəvi element.

TELSİZ

sif. Telləri olmayan, saçsız.

TÉMA

[yun.] b a x mövzu.

TEMATİ́K

sif. [yun.] Müəyyən mövzuya (temaya) aid.
ətraflı

TEMÁTİKA

[yun. thematike] Mövzular, mövzular məcmusu.
ətraflı