Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «TR» – 75
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

TRAFARÉT

[ital. traforetta – deşilmiş] 1. Bir şeyə köçürülməli olan şəkil və ya yazı nümunəsi kəsilmiş nazik lövhə.
ətraflı

TRAGEDİYA

[yun. tragoedia] 1. Əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; faciə.
ətraflı

TRÁGİK₁

[yun. tragikos] Tragik (faciəvi) rollar ifa edən artist; faciə artisti.
ətraflı

TRAGİ́K₂

1. “Tragediya”dan sif. Tragik janr. Tragik artist. 2. Faciəli. Tragik mənzərə.

TRAGİKOMÉDİYA

[yun. tragoedia və ital. commedia] Həm tragik, həm də komik ünsürləri özündə birləşdirən dramatik əsər.

TRAGİ́ZM

[yun.] Dramatik və musiqi əsərində və ya onun ifasında faciə ünsürü; faciəlilik. Süjetin tragizmi. Surətin tragizmi.

TRAXEYA

is. [yun.] Boğaz, nəfəs yolu.

TRAXÓMA

[yun. trachys – kələ-kötür] tib. Göz konyuktivinin keçici xronik xəstəliyi.

TRAXOMALI

sif. Traxoması olan, traxoma olmuş. Traxomalı göz.

TRAKTÁT

[lat. tractaus – müzakirə] 1. Ayrıca bir məsələdən, problemdən bəhs edən elmi əsər.
ətraflı

TRÁKTOR

[ing.] Kənd təsərrüfatı alətlərini və başqa alətləri çəkib aparmaq üçün özüyeriyən maşın.
ətraflı

TRAKTORÇU

is. Traktor sürücüsü. Traktorçu sürüb gəldiyi sahələrin yaşıl bitkilərinə, kollu məhsuluna baxanda da ləzzət duymalıdır.
ətraflı

TRAKTORÇULUQ

is. Traktorçunun işi, peşəsi, sənəti.

TRAKTORLAŞDIRILMA

“Traktorlaşdırılmaq” dan f.is. Kənd təsərrüfatının traktorlaşdırılması.

TRAKTORLAŞDIRILMAQ

məch. Xalq təsərrüfatının hər hansı bir sahəsində traktorlar, traktor dartı qüvvəsi tətbiq edilmək.

TRAKTORLAŞDIRMA

“Traktorlaşdırmaq” dan f.is. Traktorlaşdırma tədbirləri.

TRAKTORLAŞDIRMAQ

f. Xalq təsərrüfatının hər hansı bir sahəsində traktorlar, traktor dartı qüvvəsi tətbiq etmək.

TRAKTÓVKA

[rus.] Şərh, izah. Pyesin rejissor traktovkası.

TRAL

is.[ing.] Balıq ovlamaq üçün iri tor.

TRAMPLİ́N

[fr. tremplin] 1. Tullanarkən adamı itələyən və tullanılan məsafənin uzunluğunu və ya hündürlüyünü artırmağa kömək edən xüsusi qurğu.
ətraflı