Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «TU» – 144
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

TUALÉT

[fr.] 1. Güzgülü və qutulu kiçik stol. [Oğlan] tualet önündə bir qadın qədər özünə yaraşıq verdi.
ətraflı

TUF

[lat. tofus-dan] Vulkanik və ya çökmə mənşəli məsaməli dağ süxuru (tikinti materialı kimi işlədilir).
ətraflı

TUFAN

is. Çox şiddətli, küləkli qar və ya yağış; qasırğa, çovğun, boran, fırtına.
ətraflı

TUFANLI

sif. Qasırğalı, boranlı, tufan olan. On üçüncü ilin qış fəslində tufanlı bir gecənin səhərində Həsənağanın meyiti məscid divarının dibində bulundu.
ətraflı

TUFLİ́

[rus.] Ayağın topuqdan aşağı hissəsini örtən ayaqqabı.
ətraflı

TUĞ

is. 1. Qədimdə: padşahların, vəzirlərin və ya yüksək rütbəli şəxslərin baş geyimlərinə taxdıqları tük və ya saçaq şəklində bəzək.
ətraflı

TUĞRA

is. [ər.] 1. Gerb, dövlət nişanı. 2. Şah fərmanı.

TUL

[ər.] köhn. dan. Uzun. [Ata:] Bu tul ömrümdə çox vilayətlər gəzib, cürbəcür adamlara rast gəlmişəm.
ətraflı

TULA

is. 1. Hamar uzun tüklü, uzun qıçlı, iri ov iti cinsi.
ətraflı

TULANBAR

is. köhn. Hamamda suyu qızdırmaq üçün ocaq; külxan.
ətraflı

TULANBARÇI

is. köhn. Tulanbara xidmət edən adam; ocaqçı, külxançı.
ətraflı

TULANİ

sif. [ər.] Uzun-uzun, çox uzun, uzun-uzadı, uzun.
ətraflı

TULAPAYI

is. dan. Birisini öz tərəfinə çəkmək, ələ almaq üçün ona verilən və ya təklif edilən cüzi pul və s.
ətraflı

TULLAMA

“Tullamaq”dan f.is.

TULLAMAQ

f. 1. Bir şeyi az və ya çox şiddətli bir hərəkətlə yaxına və ya uzağa, yuxarıya və ya aşağıya atmaq; fırlatmaq.
ətraflı

TULLANIŞ

is. 1. Tullanma işi, tullanma tərzi; tullanma.
ətraflı

TULLANMA

“Tullanmaq”dan f.is.

TULLANMAQ

f. 1. Sıçramaq, hoppanmaq, atılmaq, atılıb-düşmək.
ətraflı

TULLANTI

is. Bir şeyin, işləndikdən sonra artıq qalan və həmin iş üçün yaramayan hissələri, qalıqları. Sənaye tullantıları.

TULUQ

is. 1. İçində maye, yağ və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən, aşılama ilə hazırlanmış bütöv qoyun və ya keçi dərisi.
ətraflı