Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «UŞ» – 19
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
UC UD UF UX UK UQ UL UM UN UP UR US UT UV UY UZ
 

UŞAQ

is. 1. Azyaşlı oğlan, ya qız; çocuq. Uşaqlar üçün kitab.
ətraflı

UŞAQCANLI

sif. Öz uşaqlarını, öz övladlarını həddən artıq sevən, onlara qayğı və nəvaziş göstərən; övladcanlı.
ətraflı

UŞAQCANLILIQ

is. Öz uşaqlarını, öz övladlarını həddən artıq sevmə, onlara çox qayğı və nəvaziş göstərmə; övladcanlılıq.

UŞAQCASINA

zərf Uşaq kimi, qeyri-ciddi, sadədilcəsinə, sadəlövhcəsinə.
ətraflı

UŞAQCIĞAZ

“Uşaq”dan oxş. Uşaqcığaza nə oldu? Uşaqcığaz bərk qızdırıb.
ətraflı

UŞAQCIQ

kiç. Kiçik uşaq, balaca uşaq, yazıq uşaq.
ətraflı

UŞAQƏMİZDİRƏN

sif. Öz südü ilə uşağını bəsləyən, südəmər uşağı olan. Uşaqəmizdirən analar.

UŞAQLAŞMA

“Uşaqlaşmaq”dan f.is.

UŞAQLAŞMAQ

f. Qocalıqdan ağlı zəifləşmək, xərifləmək, özünü uşaq kimi aparmaq.
ətraflı

UŞAQLI

sif. Uşağı ya uşaqları olan. Uşaqlı qadın.
ətraflı

UŞAQLIQ

is. 1. Uşaq yaşları. Uşaqlıq dövrü. Uşaqlıq illəri yadımdadır.
ətraflı

UŞAQLIQDAN

zərf Uşaqlıq illərindən, uşaq olduğu vaxtdan, lap kiçik yaşlarından.
ətraflı

UŞAQSALDIRMA, UŞAQSALMA

is. tib. Hamiləliyin süni yolla vaxtından qabaq dayandırılması və dölün ana bətnindən çıxarılması.

UŞAQSEVƏN

sif. Uşaqları sevən, balaca uşaqlara nəvaziş göstərən, onları əyləndirməyi sevən (adam).

UŞAQSEVƏNLİK

is. Uşaqlara məhəbbət, uşaqları sevmə.

UŞAQSIZ

sif. Uşağı, övladı olmayan, övladsız. Uşaqsız qadın.

UŞAQSIZLIQ

is. Uşağı, övladı olmama; övladsızlıq; sonsuzluq.

UŞQUN

is. köhn. [rus., əsli ing. Schoonerdən] İkidorlu yelkənli gəmi (qayıq).
ətraflı

UŞQUNÇU

is. köhn. Uşqun sahibi, uşqunda işləyən, gəmiçi.