Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «UZ» – 95
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
UC UD UF UX UK UQ UL UM UN UP UR US UT UV UY UZ
 

UZADILMA

“Uzadılmaq”dan f.is.

UZADILMAQ

“Uzatmaq”dan məch. İp uzadıldı. Yol bir kilometr uzadıldı. Yerə uzadılmaq. Məsələ çox uzadıldı.

UZAĞI

bax uzaqbaşı. [Zeynal:] ..Allahqulu gör nə deyir? Deyir, uzağı sabah Veys anasını Sona üçün elçi göndərər. Ə.Əbülhəsən.

UZAQ

sif. və zərf 1. Məsafə etibarilə yaxın olmayan, çox aralı olan (yaxın ziddi).
ətraflı

UZAQBAŞI

zərf Zaman etibarilə ən uzağı, ən geci. Uzaqbaşı sabah gələcəyəm.
ətraflı

UZAQDAN-UZAĞA

zərf 1. Uzaq məsafədən, uzaqdan, yaxında olmadığı halda.
ətraflı

UZAQGÖRƏN

sif. Bir şeyin aqibətini, gələcək nəticəsini qabaqcadan görməyi bacaran, bəsirətli.
ətraflı

UZAQGÖRƏNLİK

is. Bir şeyin aqibətini, gələcək nəticəsini qabaqcadan görmək qabiliyyəti; bəsirət.
ətraflı

UZAQGÖRÜCÜ

bax uzaqgörən. Mən elə bilirəm ki, iki hökmdarı öldürməyi bacaran bir zat uzaqgörücü siyasi düşüncəli bir zat olmalıdır.
ətraflı

UZAQGÖRÜCÜLÜK

bax uzaqgörənlik.

UZAQLAŞDIRILMA

“Uzaqlaşdırılmaq”- dan f.is.

UZAQLAŞDIRILMAQ

“Uzaqlaşdırmaq”- dan məch. Müstəntiq də daxil olduğu halda, kənardan gələn adamlar xəstənin yanından uzaqlaşdırıldılar. S.Hüseyn.

UZAQLAŞDIRMA

“Uzaqlaşdırmaq”dan f.is.

UZAQLAŞDIRMAQ

f. 1. Bir qədər uzaq etmək, uzağa çəkmək, kənara çəkmək.
ətraflı

UZAQLAŞMA

“Uzaqlaşmaq”dan f.is.

UZAQLAŞMAQ

f. 1. Daha uzağa, uzaq məsafəyə getmək, çox aralanmaq, getdikcə uzaq olmaq.
ətraflı

UZAQLIQ

is. 1. Məsafəcə uzunluq, məsafəcə yaxın olmama; uzaq olma, iraqlıq.
ətraflı

UZAQLIQÖLÇƏN

is. Müşahidəçidən uzaq cismə (şeyə) qədər olan məsafəni bilavasitə ölçmədən müəyyən etmək üçün xüsusi cihaz.
ətraflı

UZAQ-UZAQ

sif. Çox uzaq. Uzaq-uzaq dağ başında; Tala-tala qar görünür.
ətraflı

UZAQVURAN

sif. Uzaq məsafələrə vuran; gülləsi, mərmisi uzaqlara çatan.
ətraflı