Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «V» – 659
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
VA VE VI VO VT VU
 

V

Azərbaycan əlifbasının otuzuncu hərfi. Bax ve.

VA

bax vah.

VABAL

bax vəbal.

VABƏSTƏ

sif. [fars.] klas. Bağlı, əlaqədar, asılı.
ətraflı

VABƏSTƏLİK

is. Bağlılıq, əlaqədarlıq, asılılıq. Vabəstəlikdən bəlkə qurtulaq; Açıla qoldan bu tənabımız. Şəhriyar.

VACİB

sif. [ər.] Yerinə yetirilməsi mütləq lazım olan, labüd olan, zəruri, ən mühüm.
ətraflı

VACİBAT

is. [ər. “vacib” söz. cəmi] köhn. Din və köhnə adab baxımından yerinə yetirilməsi və ya riayət edilməsi vacib olan işlər.
ətraflı

VACİBLİ

bax vacib. [Salman bəy:] Bu gecə saat birəcən yazmışam, genə qurtara bilməmişəm. Hamısı vacibli kağızlardı. N.Vəzirov.

VACİBLİK

is. Yerinə yetirilməsi vacib, məcburi olma; lazımlıq, labüdlük.
ətraflı

VADAR

[fars.] Məcbur, məcburiyyət qarşısında qalan.
ətraflı

VADİ

is. [ər.] 1. İki dağ arasında böyük, uzun çuxur, düzən.
ətraflı

VÁFLİ

[alm.] Üzərində dama-dama naxışlar olan yüngül peçenye növü (bəzən içinə dondurma və s. tökmək üçün qovuq şəklində olur).

VAGİNİ́ZM

is. [lat.] Qadınlarda xarici cinsiyyət orqanlarının yüksək həssaslığı.

VAGİR

is. [fars.] köhn. Bir, yaxud bir neçə şəxs tərəfindən növhə, mərsiyə, yaxud nəğmə oxunarkən son beyti və ya beytləri təkrar edən adam.

VAGİRƏ

is. [fars.] köhn. Bir neçə şəxs tərəfindən təkrar olunan son beyt və ya beytlər.

VAGİRLİK

is. köhn. Vagirin işi. _Vagirlik etmək – başqası tərəfindən oxunan növhənin, mərsiyənin, yaxud nəğmənin son beytini təkrar etmək.
ətraflı

VAGÜZAR

[fars.]: vagüzar etmək köhn. – həvalə etmək, tapşırmaq; birinin üzərinə, öhdəsinə qoymaq.
ətraflı

VAĞ

is. 1. zool. Əsasən balıqla qidalanan uzundimdik quş.
ətraflı

VAĞAM

sif. məh. 1. Həddindən artıq yetişmiş, vaxtı ötmüş, vaxtında biçilməmiş və ya dərilməmiş.
ətraflı

VAĞAMLAMAQ

f. 1. B a x vağanımaq. 2. Rütubətdən pozulmaq, tökülmək.