Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «VÜ» – 16
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
VA VE VI VO VT VU
 

VÜCUD

is. [ər.] 1. Olma, varlıq, mövcud olma, var olma.
ətraflı

VÜCUDLU

sif. Bədənli, gövdəli, cüssəli, əndamlı. Qız ucaboylu, sağlam vücudlu, sarısaçlı bir rus qızı idi.
ətraflı

VÜCUDNAMƏ

is. [ər. vücud və fars. ...namə] Folklorda: insanın doğulduğu gündən son gününə qədər keçirdiyi həyatın ayrıayrı mərhələlərini əks etdirən aşıq şeri forması.
ətraflı

VÜKƏLA

[ər. “vəkil” sözünün cəmi] köhn. Vəkillər.

VÜQAR

is. [ər.] Öz heysiyyətini, mənliyini yüksək tutma, mühafizə etmə; təmkin, ağırlıq, ciddiyyət, başıucalıq.
ətraflı

VÜQARLI

sif. Öz heysiyyətini, mənliyini qoruyan; təmkinli, təşəxxüslü, ağır, başıuca, məğrur.
ətraflı

VÜQARLILIQ

is. Təmkinlilik, ağırlıq, ciddilik, öz mənlik və heysiyyətini uca tutma, qoruma; başıucalıq.
ətraflı

VÜQARSIZ

sif. Vüqarı olmayan, vüqardan məhrum; heysiyyətsiz. Vüqarsız adam.

VÜQARSIZLIQ

is. Vüqarı, heysiyyəti olmama; heysiyyətsizlik.

VÜQU

[ər.] köhn. Vaqe olma, baş vermə. Hadisati-mütənəvviənin vüquundan sonra, Məhəmməd şah Səfəvi səltənəti öz oğlu Şah Abbasi-Əvvələ təslim etdi.
ətraflı

VÜQUAT

[ər. “vüqu” sözünün cəmi] Vaqe olan hadisələr.

VÜQUF

is. [ər.] 1. Xəbərdar olma, bilmə. 2. Durma, duruş.

VÜRUD

is. [ər.] köhn. Varid olma, gəlmə, yetişmə, çatma, varma.
ətraflı

VÜSAL

is. [ər.] şair. Görüşmə, qovuşma; sevgilisinə çatma.
ətraflı

VÜSƏT

is. [ər.] Genişlik. Girdman məmləkətinin iki hökmdarı bəsləyəcək qədər vüsəti vardır.
ətraflı

VÜSƏTLİ

sif. Geniş.