Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «VE» – 81
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
VA VE VI VO VT VU
 

VE

“V” hərfinin və bu hərflə işarə olunan samitinin səssizin adı.
ətraflı

VECSİZ

sif. Lazımsız, gərəksiz, yararsız, karsız, yaramaz, dəyərsiz, xeyirsiz, işəgəlməz, bikara.
ətraflı

VECSİZLİK

is. Yararsızlıq, yaramazlıq, dəyərsizlik, faydasızlıq, karsızlıq, heç bir şeyə lazım olmama.
ətraflı

VÉÇE

is. [rus.] Qədim və orta əsr rus şəhərlərində xalq yığıncağı.

VEDA

[sanskr.] Hindistanın dini.

VEDALAR

cəm Qədim Hindistanın dörd müqəddəs kitabı.

VEDRƏ

is. [rus. vedro] Su və başqa mayeləri daşımaq və saxlamaq üçün silindrşəkilli qab; böyük satıl.
ətraflı

VEDRƏCİK

is. Kiçik vedrə.

VEDRƏLƏMƏ

dan. “Vedrələmək”dən f.is.

VEDRƏLƏMƏK

f. dan. b a x vedrə bağlamaq (“vedrə”də).

VEGETARİAN

is. [ing.] Yalnız bitki yeməkləri ilə qidalanan adam.

VEGETÁSİYA

[lat.] Bitkinin cücərməsi, boy atması və inkişaf dövrü.
ətraflı

VEGETATİ́V

sif. bot. zool. Canlı orqanizmlərin inkişaf və qidasına aid olan.
ətraflı

VÉKSEL

[alm.] Bir şəxsə və ya idarəyə müəyyən müddətdə, müəyyən miqdarda pul verməli olan şəxs tərəfindən verilən iltizamnamə.
ətraflı

VÉKTOR

[lat.] riyaz. Ədədi qiyməti və istiqaməti olan riyazi kəmiyyət və bu kəmiyyətin qrafik təsviri.

VEKTORİÁL

sif. Vektora aid olan. Bektorial hesablama. Vektorial kəmiyyət.

VELİKORÚS

bax rus.

VELODRÓM

[fr. velo və yun. drom] Velosipedləri sınamaq və velosiped yarışları keçirmək üçün xüsusi meydan, betonlu yol.

VELOSİPÉD

[lat.] Ayaqlarla hərəkətə gətirilən ikitəkərli, yaxud üçtəkərli minik maşını. Velosiped yarışı. Uşaq velosipedi.

VELOSİPEDÇİ

is. Velosiped sürən adam, velosipeddə gəzən, yaxud velosiped ilə məşğul olan adam. Velosipedçilərin yarışı.