Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «XƏ» – 240
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
XA XE XI XL XO XR XU
 

XƏBƏR

is. [ər.] 1. Bir iş, hadisə və s. haqqında məlumat.
ətraflı

XƏBƏRÇİ

is. 1. Xəbər gətirən, müjdəçi. Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin.
ətraflı

XƏBƏRÇİLİK

is. Birindən o birinə xəbər vermə, söz gəzdirmə, çuğulçuluq, şeytançılıq.
ətraflı

XƏBƏRDAR

sif. [ər. xəbər və fars. ...dar] 1. Bir işdən xəbəri, məlumatı olan, agah olan, məlumatlı.
ətraflı

XƏBƏRDAREDİCİ

sif. Olacaq və ya ola biləcək bir işi birinə başa salmaq, bildirmək, ayıltmaq üçün edilən (işarə və s.
ətraflı

XƏBƏRDARLIQ

is. 1. Xəbərdar etmə, məlumat vermə, qabaqcadan demə, bildir- mə.
ətraflı

XƏBƏR-ƏTƏR

is. Xəbər, soraq; iz. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi.
ətraflı

XƏBƏR-ƏTƏRSİZ

zərf Xəbərsiz, izsiz, soraqsız.

XƏBƏRLƏŞMƏ

“Xəbərləşmək”dən f.is.

XƏBƏRLƏŞMƏK

f. Bir-birindən xəbər tutmaq, soraqlaşmaq.

XƏBƏRSİZ

zərf 1. Xəbər vermədən, demədən, soruşmadan, qabaqca bildirmədən; icazəsiz.
ətraflı

XƏBƏRSİZ-ƏTƏRSİZ

bax xəbər-ətərsiz. Xəbərsiz-ətərsiz itmək.
ətraflı

XƏBƏRSİZLİK

is. 1. Heç bir xəbər, məlumat olmama. 2. Məlumatsızlıq, biliksizlik, xəbəri olmama.

XƏBİS

sif. [ər.] Başqasının pisliyini istəyən, alçaq, əclaf, xain, murdar.
ətraflı

XƏBİSLİK

is. Alçaqlıq, əclaflıq, xainlik, pislik. Nubar qarının hərəkətləri Qəhrəmanın gözü qabağında öz xəbisliyini göstərirdi.
ətraflı

XƏBTİ-DİMAĞ

bax xəfti-dimağ. Səndə vardır nişani-xəbti-dimağ; Səni lazımdır eyləmək bəs dağ. S.Ə.Şirvani.

XƏCALƏT

is. [ər.] 1. Utanılacaq hal, utanmağa səbəb olan şey, utanma.
ətraflı

XƏCALƏTLƏNMƏ

“Xəcalətlənmək”- dən f.is.

XƏCALƏTLƏNMƏK

f. Xəcalət çəkmək, utanmaq, sıxılmaq. Qoşqar xəcalətlənib üzünü yana çevirdi. İ.Hüseynov.

XƏCALƏTLİ

sif. Birindən gördüyü yaxşılığın əvəzini çıxmadığı və ya verdiyi vədi yerinə yetirmədiyi, ya yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkən, utanan, özünü günahkar hiss edən; üzrxah.
ətraflı