Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «X» – 1027
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
XA XE XI XL XO XR XU
 

XAKASCA

sif. və zərf Xakas dilində. Xakasca dərslik.
ətraflı

XAKİ

sif. [fars.] Bozumtul-yaşıl rəngli, torpaq rəngli.
ətraflı

XAQAN

is. tar. Qədim türk və monqol hökmdarlarına verilən ad, titul.
ətraflı

XAQANLIQ

is. 1. Hökmdarlıq, padşahlıq. [Çopo:] Okabayın bu hərəkətini xaqanlıq eşqinə düşməsi ilə mərbut görürlər.
ətraflı

XAL

is. 1. Ya anadangəlmə, ya da sonradan dəri üzərində əmələ gələn xırda, dəyirmi ləkə.
ətraflı

XALA

is. 1. Ananın bacısı. [Sultan bəy:] Xalanın muzdu o olar ki, canı rahat olar.
ətraflı

XALABACI

is. mus. Azərbaycan oyun havalarından birinin adı.
ətraflı

XALACAN

is. Xalaya nəvazişlə müraciət. Xalacan, bir bizə gəlsənə! – [Yunus xalasına:] Bu nədir, xalacan, bircə baxsana! Ə.
ətraflı

XALACIQ

bax xalacan. [Cəfər:] Xalacıq, bu çox bahadır, qarpıza beş şahı vermək student cibinə yaraşmaz. Çəmənzəminli.

XALAGƏLİNİ

is. Ananın bacısının gəlini.

XALA-XALA

is. Kiçik qızların gəlinciklə oynadıqları oyun adı; gəlin-gəlin.

XALAQIZI

is. Ananın bacısı qızı.

XALANƏVƏSİ

is. Ananın bacısı nəvəsi.

XALAOĞLU

is. Ananın bacısı oğlu. – Mən də Bakıya tərəf hazırlaşırdım, bizim xalaoğlu da yazmışdır. S.Rəhimov.

XALAT

is. [ər.] 1. Orta Asiya xalqlarının ətəkləri üst-üstə gələn, yaxası açıq üst geyimi.
ətraflı

XALATLIQ

sif. 1. Xalat tikilməyə yarar. Xalatlıq parça.
ətraflı

XALÇA

is. Divara vurmaq və ya döşəməyə salmaq üçün müxtəlif rəngli yun və ya iplik saplardan toxunmuş naxışlı döşənəcək.
ətraflı

XALÇAÇI

is. 1. Xalça toxuyan usta. Qonşuluqda Şərif adlı bir xalçaçı usta var idi.
ətraflı

XALÇAÇILIQ

is. Xalça toxuma sənəti; xalça toxuma işi (bir istehsal sahəsi kimi). Xalçaçılıq sexi. Xalçaçılıq ustası.

XALÇA-PALAZ

top. Xalça və palazdan ibarət döşənəcək. Ev xalça-palazla dolu idi.
ətraflı