Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «XO» – 172
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
XA XE XI XL XO XR XU
 

XOCA

is. köhn. 1. Keçmişdə mədrəsədə təhsil alıb başına sarıq sarıyan, cübbə geyən dindar adam və ya din xadimi.
ətraflı

XOCAXOCA

is. zool. Bədənini ağlıqaralı tük örtmüş itidimdikli köçəri quş.

XOF

is. [ər.] Qorxu. Qiyamət xofundan, eşq havasından; Əridi, qalmadı yağ ürəyimdə.
ətraflı

XOF-XƏTƏR

is. [ər.] Təhlükə, qorxu, təhlükə doğuracaq şey; qada-bəla.
ətraflı

XOFLANDIRMA

“Xoflandırmaq”dan f.is.

XOFLANDIRMAQ

f. Qorxuya salmaq, vəhmələndirmək, qorxutmaq, hürkütmək; şübhəyə salmaq.

XOFLANMA

“Xoflanmaq”dan f.is.

XOFLANMAQ

f. Qorxuya düşmək, vəhmələnmək, hürkmək, şübhələnmək.
ətraflı

XOFLU

sif. və zərf 1. Xof içində, təlaş içində, şübhə içində; şübhəli.
ətraflı

XOFLULUQ

is. Xoflu olma halı. [Ataş] [Mirzə Cəmildə] gördüyü hiyləgərliyi, xofluluğu belə yavaş-yavaş unudurdu. Ə.Vəliyev.

XOFSUZ

zərf Qorxmadan, çəkinmədən, ehtiyat etmədən.
ətraflı

XOX! (XUX!)

dan. 1. Hədə, qorxu mənasında işlədilən nida.
ətraflı

XOXAN, XOXU

is. İfritə (adətən körpə uşaqları qorxutmaq üçün işlədilir).
ətraflı

XOKKÉY

[ing.] Ot və ya buz üzərində şayba və ya top ilə iki komanda arasında oynanılan idman oyunu.
ətraflı

XOKKEYÇİ

is. Xokkey oyunçusu. Xokkeyçilərin final turniri.

XOLERİK

is. [yun.] Nitqində, hərəkətində aydın təzahür edən qızğın hissiyyatlı adam.

XOLESİSTİ́T

[yun.] tib. Öd kisəsinin iltihabı.

XOLESTERİ́N

[yun.] Canlı toxumalarının tərkibində (o cümlədən əsəb toxumasında, öddə, dəri piyində) olan sterin qrupundan üzvi birləşmə, maddə.

XONÇA

is. Şirniyyat, meyvə və s. yeməli və ya başqa hədiyyələr qoyulmuş bəzəkli podnos, tabaq və s.
ətraflı

XONSA

sif. Hər iki cinsin əlamətləri olan canlı.
ətraflı