Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «XU» – 49
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
XA XE XI XL XO XR XU
 

XU

is. [fars.] klas. bax xoy. Çox gözəlsən, amma xuyundur yaman; Baxmazsan üzümə mənim çox zaman.
ətraflı

XUB

sif. və zərf [fars.] klas. 1. Yaxşı, gözəl, xoş.
ətraflı

XUBLUQ

is. klas. Gözəllik, göyçəklik. [Kərəm:] Camalın xubluğu mat elər şahı; Göylərə dayanır aşığın ahı.
ətraflı

XUBRU

sif. [fars.] klas. Gözəlüzlü, göyçək, qəşəng, xoşbəniz.
ətraflı

XUDA

is. [fars.] 1. Allah, Tanrı. Bəlalərdən səni saxlasın xuda; Sən tək gözəl, əldən olmasın cida.
ətraflı

XUDAHAFİZ

nida [fars. xuda və ər. hafiz] “Allah hifz eləsin”, “Tanrı saxlasın” mənasında vidalaşıb ayrılanda deyilir – sağ ol! sağ olun! [Şah:] Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! – deyib, taxtdan düşüb hərəmxanəyə rəvanə oldu.
ətraflı

XUDAHAFİZLƏŞMƏ

“Xudahafizləşmək” dən f.is.

XUDAHAFİZLƏŞMƏK

f. Xudahafiz (sağ ol) deyib biri-birindən ayrılmaq, sağollaşmaq.
ətraflı

XUDANƏKƏRDƏ

[fars.] “Allah eləməsin”, “iraq olsun” mənasında qorxulu, zərərli bir şey, hadisə haqqında deyilir.
ətraflı

XUDAVƏND

is. [fars.] klas. 1. Allah, Tanrı. [Molla Qurban Fərruxa:] Xudavənd təbarək və təala ruzini həmişə artıq eləsin, inşallah.
ətraflı

XUDBİN

sif. [fars.] Ancaq özünü düşünən, öz mənafeyini hər şeydən yüksək tutan adam; eqoist.
ətraflı

XUDBİNLİK

is. Ancaq özünü düşünmə, özünü istəmə, öz mənafeyini hamıdan yüksək tutma; eqoistlik.
ətraflı

XUDMANİ

sif. və zərf [fars.] 1. Gizli, dostyana, məhrəmanə, məhrəmanə bir şəraitdə başqalarının olmadığı bir şəraitdə.
ətraflı

XUDPƏSƏND

sif. [fars.] Özünü çox bəyənən, özündən çox razı; lovğa, xudbin.
ətraflı

XUDPƏSƏNDLİK

is. Özünü çox bəyənmə, özündən çox razı qalma; xudbinlik, lovğalıq.
ətraflı

XUL, XULBALIĞI

is. zool. Əsasən dənizdə yaşayan xırda balıq növü.

XULİQÁN

[ing. adam adından] Xuliqanlıq edən adam.
ətraflı

XULİQANLIQ

is. İctimai qayda-qanunu, ümumi nizam-intizamı, əxlaq normalarını pozma hərəkətləri, cəmiyyətə hörmət etməmə; dələduzluq.
ətraflı

XUMAR

sif. [ər.] 1. Süzgün (göz, baxış haqqında).
ətraflı

XUMARGÖZ(LÜ)

sif. Gözləri xumar, süzgün olan; süzgünbaxışlı.
ətraflı