Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Y» – 2248
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
YA YE YI YO YU
 

Y

Azərbaycan əlifbasının otuz birinci hərfi. Bax ye

YA₁

bağl. Bölgü və ehtimal mənalarını bildirir (ya da, ya da ki, ya ki variantları da vardır).
ətraflı

YA₂

nida [ər.] Xitab bildirir. Ya qismət! Ya mədəd! – Qədək aldım yaxalıq; Gəldi düşdü bahalıq; Can üzüb, yar sevmişəm; Sən kömək ol, ya xalıq! (Bayatı).
ətraflı

YABA

is. Ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq, habelə başqa işlər üçün uzun saplı, iki və yaxud daha da artıq dişi olan kənd təsərrüfat aləti.
ətraflı

YABACIQ

is. Balaca yaba.

YABALAMA

“Yabalamaq”dan f.is.

YABALAMAQ

f. 1. Yaba ilə otu, samanı və s.-ni götürüb bir yerə yığmaq, toplamaq, yaxud atmaq. 2. Yaba ilə vurmaq.

YABALANMA

“Yabalanmaq”dan f.is.

YABALANMAQ

məch. Yaba ilə qaldırılmaq, toplanmaq, atılmaq.

YABALAŞMA

“Yabalaşmaq”dan f.is.

YABALAŞMAQ

qarş. Yaba ilə bir-birini vurmaq; dalaşmaq.
ətraflı

YABALATMA

“Yabalatmaq”dan f.is.

YABALATMAQ

icb. Yaba ilə yığdırmaq, atdırmaq, qaldırmaq.

YABALI

sif. Yabası olan, əlində yaba tutmuş. Belli, dəhrəli, yabalı, külünglü, kürəkli adamlar bir-birinə qarışmışdılar. Ə.Vəliyev.

YABALIQ

is. Yabanın götürə bildiyi miqdar (adətən rəqəmlərlə). İki yabalıq ot.

YABAN

is. [fars.] Çöl, biyaban, insan yaşamayan yer.
ətraflı

YABANÇI

sif. Özgə, yad. Yabançı adam. Yabançı ölkələr.
ətraflı

YABANÇILIQ

is. Yadlıq, özgəlik; yabançı adamın halı.

YABANI

sif. 1. Çöldə özbaşına bitən; vəhşi. Yabanı bitki.
ətraflı

YABANILAŞMA

“Yabanılaşmaq”dan f.is.