Azərbaycan dilinin izahlı lüğəti

  • ZE

    “Z” hərfinin və bu hərflə işarə olunan samitin adı

    Tam oxu »
  • ZEBR

    [fr.] zool. Dərisi zolaq-zolaq olan Afrika vəhşi atı

    Tam oxu »
  • ZEBÚ

    is. [fr.] zool. Çiyin sahəsində donqarı olan qaramal növü. Lənkəran sahəsində buynuzlu mal-qaranın xüsusi növü olan zebu bəslənir

    Tam oxu »
  • ZEFİ́R

    [yun. zerhyros] 1. Eşilmiş, ağardılmış iplikdən toxunmuş zərif pambıq parça növü. 2. Yüngül meyvə pastilası (şirniyyat növü)

    Tam oxu »
  • ZEH

    is. [fars.] 1. Yay kirişi. Kamanın zehi. 2. Paltar və s.-nin qırağına tikilən qaytan, köbə, haşiyə. Paltarın kənarına zeh tikmək

    Tam oxu »
  • ZEHİN

    is. [ər.] 1. İnsanda düşünmə, anlama və yaddaş qabiliyyəti; dərrakə, istedad. Bu uşağın yaxşı zehni var

    Tam oxu »
  • ZEHİNLİ

    sif. Yaxşı zehni, yaddaşı, hafizəsi, istedadı olan; dərrakəli, istedadlı. Zehinli tələbə. – Sona … dərk etmək qabiliyyətinə malik, zehinli bir qız idi

    Tam oxu »
  • ZEHİNLİLİK

    is. Yaxşı zehni, hafizəsi, istedadı olma

    Tam oxu »
  • ZEHİNSİZ

    sif. Zehni olmayan, qavrayış qabiliyyəti zəif olan; key, küt

    Tam oxu »
  • ZEHİNSİZLİK

    is. 1. Zehinsiz adamın halı; hafizəsizlik, istedadsızlıq; keylik, kütlük. 2. Hafizəsizlik, xatirdə saxlaya bilməmə

    Tam oxu »
  • ZEHLİ

    sif. Zehi olan, kənarında haşiyəsi olan. Zehli kitab. Zehli pəncərə. Zehli divar

    Tam oxu »
  • ZEHNİ

    sif. [ər.] Zehin, ağıl, beyinlə əlaqədar olan. Zehni əmək

    Tam oxu »
  • ZEHNİAÇIQ

    sif. Açıq düşüncəli, aydın fikirli, tez anlayan, çox dərrakəli. Zehniaçıq adam

    Tam oxu »
  • ZEHNİAÇIQLIQ

    is. Düşüncəlilik, dərrakəlilik, tez anlama

    Tam oxu »
  • ZEHNİYYƏT

    is. [ər.] İnsanın öz zehninə görə həyat və varlıq haqqında fikirləri, dünyagörüşü. [Səlim:] Müasir bir adam olmaq üçün yalnız şəklimizi dəyişmək kifay

    Tam oxu »
  • ZÉMSTVO

    is. [rus.] tar. İnqilabdan qabaqkı Rusiyada: tərkibi əsasən zadəganburjua nümayəndələrindən ibarət olan məhdud hüquqlu yerli idarə

    Tam oxu »
  • ZEND

    [əsli sanskritcədən] tar. Zərdüştilərin dini kitabı olan “Avesta”nın pəhləvi dilinə tərcüməsi. [Ceyniz:] Boş vaxtlarımı atamdan qiraət öyrənirdim

    Tam oxu »
  • ZENİ́T

    [fr. əsli ər.] astr. 1. Göyün, baş üstündəki ən uca xəyali nöqtəsi. Günəş heç vaxt qütblərdə zenitdə durmur, əksinə, ekvator boyunca Günəş həmişə zeni

    Tam oxu »
  • ZENİTÇİ

    is. hərb. Zenit topçusu, təyyarə vuran topçu. Zenitçilərimiz düşmən təyyarələrini vurub saldılar. – Keçir baxışları göylərə dalan; Faşist quzğununu he

    Tam oxu »
  • ZENKER

    is. [al.] Silindrik deşiklərin giriş hissələrini, fasonlu sahələrini təmiz emal etmək üçün istifadə olunan alət

    Tam oxu »
  • ZERZƏK

    is. məh. xüs. Quyunu uçub dağılmaqdan qorumaq üçün onun divarlarına və ağzına hörülən daş və ya kərpic hörgü

    Tam oxu »
  • ZERZƏKLİ

    sif. məh. xüs. Zerzəyi olan. Zerzəkli quyu

    Tam oxu »
  • ZEY

    is. [ər. ziyy] Zahiri şəkil, xarici görünüş, qiyafə, paltar. □ Öz zeyindən çıxmaq – öz cızığından, öz çərçivəsindən çıxmaq, azmaq

    Tam oxu »
  • ZEYİL

    is. [ər.] köhn. 1. Ətək, paltarətəyi. 2. Artırma, qeyd, əlavə (kitab barəsində). 3. Mətnə dair təsvir və şərh

    Tam oxu »
  • ZEYTUN

    is. [ər.] Zeytunkimilər fəsiləsindən bitki cinsi. Meyvəsindən yeyinti sənayesində və texnikada işlədilən yağ alınır

    Tam oxu »
  • ZEYTUNÇİÇƏKLİLƏR

    cəm bot. Kol və ağac cinsindən olan bitki fəsiləsi. Birgözkimilər sırasının ancaq zeytunçiçəklilər fəsiləsi vardır

    Tam oxu »
  • ZEYTUNÇU

    is. 1. k.t. Zeytun yetişdirməklə məşğul olan adam. 2. köhn. Zeytun satan adam

    Tam oxu »
  • ZEYTUNÇULUQ

    is. Zeytunçunun işi, peşəsi, məşğuliyyəti; zeytun yetişdirmə işi

    Tam oxu »
  • ZEYTUNİ

    sif. [ər.] Zeytun rəngində olan, bozumtul-yaşıla çalan. Zeytuni yarpaq

    Tam oxu »
  • ZEYTUNLUQ

    is. Zeytun ağacları əkilmiş yer, zeytun plantasiyası

    Tam oxu »
  • ZƏBAN

    is. [fars.] klas. Dil. Bir saat görməsəm, tuti zəbanım; Qopacaq başıma qiyamət eylə. M.P.Vaqif. Şəkər söhbətlidi, şirin dillidi; Tuti kimi xoş zəbanım

    Tam oxu »
  • ZƏBANƏ

    is. [fars.] klas. 1. Alov, alovun şöləsi. □ Zəbanə çəkmək – şiddətlə alovlanmaq, alışıb-yanmaq. O ancaq evlərinin zəbanə çəkərək yandığını gördü

    Tam oxu »
  • ZƏBƏR

    is. [fars.] Ərəb (fars) əlifbasında “ə” səsini bildirmək üçün samitlərin üzərinə qoyulan , işarəsi; fəthə

    Tam oxu »
  • ZƏBƏRCƏD

    is. [ər.] Keçmişdə qiymətli daşlardan sayılan, zümrüdə bənzəyən yaşıl rəngli daş. Sabahısı gün qız oğlana bir zümrüd göndərdi

    Tam oxu »
  • ZƏBƏRDƏST

    sif. [fars.] köhn. 1. Çox qüvvətli, çox güclü, qolugüclü. 2. İstedadlı, talantlı, qüvvətli. Zəbərdəst şair

    Tam oxu »
  • ZƏBƏRDƏSTLİK

    is. Çox qüvvətlilik, qolugüclülük

    Tam oxu »
  • ZƏBT

    is. [ər.] Silah gücü ilə, zorla tutma, ələ keçirmə, hakimiyyəti altına alma, ixtiyarına alma; sahiblənmə, yiyələnmə

    Tam oxu »
  • ZƏBT-RƏBT

    is. [ər.] köhn. Asayiş, intizam, nizam, qayda

    Tam oxu »
  • ZƏBTİYYƏ

    is. [ər.] köhn. Polis nəfəri. [Həsən:] Bu, bir əsgərə jemper satmış, zəbtiyyələr yaxalamışlar. H.Nəzərli

    Tam oxu »
  • ZƏBUN

    sif. [fars.] klas. Zəif, qüvvətsiz, cansız, aciz, düşkün. Dust bipərva, fələk birəhm, dövran bisükun; Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun

    Tam oxu »
  • ZƏBUNLUQ

    is. Zəiflik, qüvvətsizlik, cansızlıq, acizlik, düşkünlük. Aslanın qızarmış gözlərində olan məhzunluq və zəbunluq əlaməti Hacını da qəmgin edirdi

    Tam oxu »
  • ZƏBUR

    is. [ər.] Dini əsatirə görə, Allah tərəfindən Davud peyğəmbərə göndərilən kitab. [Dərviş:] Əvət, Quran, Zəbur, İncilü Tövrat; Birər röya ki zor təfsir

    Tam oxu »
  • ZƏDƏ

    is. [fars.] 1. Toxunmaq, yaxud bərk bir şey dəymək nəticəsində bir şeydə əmələ gələn əzik yeri, qopuq, qəlpə, çatdaq və s

    Tam oxu »
  • ...ZƏDƏ

    [fars.] Bəzi mürəkkəb sözlərin “vurulmuş, uğramış, düçar olmuş, giriftar olmuş” mənalarını bildirən ikinci tərkib hissəsi; məs

    Tam oxu »
  • ZƏDƏLƏMƏ

    “Zədələmək”dən f.is

    Tam oxu »
  • ZƏDƏLƏMƏK

    f. Toxunaraq və ya toxunduraraq zədə vurmaq, xarab etmək, şikəst etmək, yaralamaq, əzmək, çatlatmaq və s

    Tam oxu »
  • ZƏDƏLƏNDİRMƏ

    “Zədələndirmək”dən f.is

    Tam oxu »
  • ZƏDƏLƏNDİRMƏK

    “Zədələnmək”dən icb

    Tam oxu »
  • ZƏDƏLƏNMƏ

    “Zədələnmək”dən f.is. Badımcanı sərin yerdə saxlamaq və zədələnmədən qorumaq lazımdır…

    Tam oxu »
  • ZƏDƏLƏNMƏK

    f. Bir şeyə toxunmaq və ya bir şey dəymək nəticəsində bir yeri əzilmək, zədə dəymək, zədə əmələ gəlmək, yaralanmaq, şikəst olmaq

    Tam oxu »