Azərbaycan dilinin izahlı lüğəti

  • Ü

    Azərbaycan əlifbasının iyirmi doqquzuncu hərfi və bu hərflə işarə olunan saitin adı

    Tam oxu »
  • ÜÇ

    say İkidən sonra gələn ədəd – 3

    Tam oxu »
  • ÜÇ-BEŞ

    say. Bir neçə. Üç-beş manat pul. Üç-beş nəfər. Üç-beş günlük iş. – Gər nəsib olsa övdət eylərkən; Qalarız burda biz üçbeş gün

    Tam oxu »
  • ÜÇ-DÖRD

    say Bir neçə, üç və ya dörd. Üç-dörd günlüyə getmək. Üç-dörd ədəd gül. – [Kələntərli:] Gərək gündə gəlib, üç-dörd saat bu meşin qapının dalında durub,

    Tam oxu »
  • ÜÇ-ÜÇ

    zərf Hər dəfə üç dənə, hər adama üç dənə. Üç-üç sıraya düzmək. – Həsənqulu bəy, Rza, Əsgər, Həsən və xor daxil olurlar

    Tam oxu »
  • ÜÇAÇILAN

    bax üçatılan. Onların tüfəngləri beşaçılan və ya üçaçılan idi. P.Makulu

    Tam oxu »
  • ÜÇADAMLIQ

    sif. Üç adam üçün olan, üç nəfər üçün nəzərdə tutulmuş; üçnəfərlik. Üçadamlıq yer. Üçadamlıq palata. Üçadamlıq yemək

    Tam oxu »
  • ÜÇAKTLI

    bax üçpərdəli

    Tam oxu »
  • ÜÇARŞINLIQ

    sif. köhn. Üç arşın uzunluğunda olan

    Tam oxu »
  • ÜÇARVADLI

    sif. köhn. Keçmiş məişətdə: üç arvadı olan, üç arvad saxlayan. // İs. mənasında. Əgər iki arvad saxlamaq qəbahətdirsə, bəs öz kəndinizdəki üçarvadlıla

    Tam oxu »
  • ÜÇARVADLILIQ

    is. köhn. Üç arvadı olma, üç arvad saxlama

    Tam oxu »
  • ÜÇATILAN

    is. dan. Xəzinəsi üç patron tutan silah (tüfəng); üçaçılan. Fərman üçatılanı əlində atıb-tutdu. Ə.Abasov

    Tam oxu »
  • ÜÇATLI

    sif. Üç at qoşulmuş, üç at qoşulan. Üçatlı fayton

    Tam oxu »
  • ÜÇATOMLU

    sif. Üç atomdan ibarət olan. Üçatomlu birləşmə

    Tam oxu »
  • ÜÇAYAQ

    is. Üç ayaq üstündə duran şey (stol və s.); üçayaqlı, sacayaq. Fotoaparat üçün üçayaq. Qazanı üçayaqdan asmaq

    Tam oxu »
  • ÜÇAYAQLI

    1. sif. Üç ayağı olan, üç ayaq üstündə duran; üçqıçlı. Üçayaqlı masacıq. 2. bax üçayaq

    Tam oxu »
  • ÜÇAYLIQ

    sif. 1. Üç ay üçün düzəldilmiş, üç aylıq müddətə nəzərdə tutulmuş, yaxud üç ay ərzində olmuş; rüblük

    Tam oxu »
  • ÜÇBARMAQLI

    sif. Əlində və ya ayağında ancaq üç barmağı olan

    Tam oxu »
  • ÜÇBAŞLI

    sif. Üç başı, təpəsi olan. Üçbaşlı dağ

    Tam oxu »
  • ÜÇBƏNDLİ

    sif. ədəb. Üç bənddən ibarət olan. Üçbəndli şeir

    Tam oxu »
  • ÜÇBİR

    zərf Üç-üç, üçər-üçər. Adamlar dəstə-dəstə – üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. M.İbrahimov

    Tam oxu »
  • ÜÇBUCAQ

    1. is. Üç bucağı olan həndəsi cisim, üçkünclü cisim. Ax! Bu dəmir ağaclar; Həndəsi üçbucaqlar; Dünyanın o başını; Çəkib evlərə bağlar… B

    Tam oxu »
  • ÜÇBUCAQLI

    1. is. Üç bucağı olan həndəsi cisim, üçkünclü cisim. Ax! Bu dəmir ağaclar; Həndəsi üçbucaqlar; Dünyanın o başını; Çəkib evlərə bağlar… B

    Tam oxu »
  • ÜÇCƏ

    say Üç, ancaq üç. Üçcə manat pulum qalıb. – Bürcəliyev əmr verdiyi vaxtdan cəmisi üçcə saat keçmədi ki, Bəbirbala mühəndis Arif Bəylərzadəni taparaq m

    Tam oxu »
  • ÜÇCƏRGƏLİ

    sif. 1. Üç cərgə əmələ gətirən, üç cərgədə yerləşən. Üçcərgəli tikiş. 2. k.t. Üç cərgə toxum əkmək üçün olan; üç cərgə əkini becərən (kənd təsərrüfatı

    Tam oxu »
  • ÜÇCİLDLİ

    sif. Üç cilddən ibarət olan; üçcildlik. Üçcildli “Azərbaycan ədəbiyyatı tarixi”

    Tam oxu »
  • ÜÇCİLDLİK

    1. bax üçcildli. Üçcildlik “Rusca-azərbaycanca lüğət”. 2. is. Üç cilddən ibarət kitab. Yazıçının üçcildliyi

    Tam oxu »
  • ÜÇÇARXLI

    sif. Üç çarxı (təkəri) olan. Üççarxlı uşaq velosipedi

    Tam oxu »
  • ÜÇDƏBİR

    say Bir şeyin üçdə bir hissəsi

    Tam oxu »
  • ÜÇDƏFƏLİK

    sif. Üç dəfədə icra olunan, üç dəfədə həyata keçirilən. Üçdəfəlik yemək

    Tam oxu »
  • ÜÇDİLLİ

    sif. 1. Üç dil bilən, üç dildən istifadə edən. 2. Üç dildə tərtib olunmuş, üç dili ehtiva edən. Üçdilli lüğət

    Tam oxu »
  • ÜÇDİŞLİ

    sif. Üç dişi olan. Üçdişli yaba

    Tam oxu »
  • ÜÇDORLU

    sif. Üç doru olan. Üçdorlu gəmi

    Tam oxu »
  • ÜÇDÜYMƏ

    sif. 1. Üç düymə ölçüsündə olan. Üçdüymə mıx. Üçdüymə taxta. 2. Üç düyməsi olan. Üçdüyməli pencək

    Tam oxu »
  • ÜÇDÜYMƏLİ

    sif. 1. Üç düymə ölçüsündə olan. Üçdüymə mıx. Üçdüymə taxta. 2. Üç düyməsi olan. Üçdüyməli pencək

    Tam oxu »
  • ÜÇƏM

    sif. və zərf məh. Bir dəfədə üç (üç bala doğan heyvan – əsasən qoyun haqqında). Həmişə əlləri cibində olan cavan çoban təklif edirdi ki, …üçəm qoyunla

    Tam oxu »
  • ÜÇƏSRLİK

    sif. Üç əsr (üç yüz il) tarixi olan, üç əsr davam edən; üçyüzillik. Üçəsrlik dövr. Abidənin üçəsrlik tarixi var

    Tam oxu »
  • ÜÇFAİZLİ

    sif. 1. Bir şeyin üç faizini təşkil edən. Üçfaizli gəlir. 2. Üç faiz gəlir verən. Üçfaizli dövlət istiqrazı

    Tam oxu »
  • ÜÇFAZALI

    sif. elektr. Üçfazalı dəyişən cərəyanla bağlı olan. Üçfazalı transformator. Üçfazalı elektrik xətti. ◊ Üçfazalı cərəyan elektr

    Tam oxu »
  • ÜÇGEDİŞLİ

    sif. idm. Üç gedişdə həll olunan, üç gedişlə qurtaran. Üçgedişli kombinasiya

    Tam oxu »
  • ÜÇGÖZ

    sif. Üç gözü (otağı) olan. Üçgözlü mənzil

    Tam oxu »
  • ÜÇGÖZLÜ

    sif. Üç gözü (otağı) olan. Üçgözlü mənzil

    Tam oxu »
  • ÜÇGUŞƏ

    sif. Üç guşəsi, üç bucağı olan; üçkünc(lü)

    Tam oxu »
  • ÜÇGUŞƏLİ

    sif. Üç guşəsi, üç bucağı olan; üçkünc(lü)

    Tam oxu »
  • ÜÇGÜL

    sif. Üçbucaqlı, üçguşəli

    Tam oxu »
  • ÜÇGÜNLÜK

    sif. Üç gün sürən, üç gün davam edən, yaxud üç gün tələb edən. Üçgünlük möhlət. Üçgünlük istirahət. Üçgünlük yol

    Tam oxu »
  • ÜÇHECALI

    sif. Üç hecası olan. Üçhecalı söz

    Tam oxu »
  • ÜÇHƏDLİ

    sif. Üç həddi olan. Üçhədli rəqəm

    Tam oxu »
  • ÜÇHƏFTƏLİK

    sif. Üç həftə davam edən, üç həftə çəkən. Üçhəftəlik iş. // Üç həftə üçün nəzərdə tutulmuş, üç həftə kifayət edən

    Tam oxu »
  • ÜÇHİSSƏLİ

    sif. Üç hissədən ibarət olan. Üçhissəli əsər

    Tam oxu »