Azərbaycan dilinin izahlı lüğəti

  • İY₂

    is. Pambıqdan, yundan və s.-dən iplik əyirmək üçün ortası şiş, iki ucu sivri ağac alət. Qərənfil bacı gözünü əlindəki iydən çəkib hirsli-hirsli … baxd

    Tam oxu »
  • İY₁

    is. Maddələrin, şeylərin burun qişasının xüsusi sinirlərinə təsir etmə xassəsi. Kəskin iy. İy duymaq

    Tam oxu »
  • İY-TOZ

    iyi-tozu qalmamaq – əsərəlaməti qalmamaq, heç bir izi qalmamaq, tamam yoxa çıxmaq, izsiz itmək. Vaxtilə gördüyün şeylərin iyi-tozu qalmayıb

    Tam oxu »
  • İYBİLMƏ

    is. İyləri duyma qabiliyyəti

    Tam oxu »
  • İYCİL

    sif. ovç. İyi tez hiss edən, iyi tez duyub ov dalınca düşən. İycil it. – Hiyləgər düşmən iycil tula kimi işi duymuşdu

    Tam oxu »
  • İYDƏ

    is. bot. İsti yerlərdə bitən, ətirli çiçəkləri olan ağac və bu ağacın dərisi sərt, əti ağ un halında olan meyvəsi

    Tam oxu »
  • İYDƏLİ

    sif. İydə ağacları olan. İydəli bağ

    Tam oxu »
  • İYDƏLİK

    is. İydə ağacları əkilmiş yer. Odur, kölgəsi var iydəliklərin: Ərinmə, sevgilim, dur gedək, vaxtdır. S

    Tam oxu »
  • İYÉN

    is. [yap.] Yaponiyanın pul vahidi

    Tam oxu »
  • İYERARXİYA

    is. [yun.] Bütöv bir sistemin hissələrinin aşağıdan yuxarıya tabeçilik əlaqəsi əsasında düzümü, yerləşməsi

    Tam oxu »
  • İYHAM

    bax eyham

    Tam oxu »
  • İYİMƏ

    “İyimək”dən f.is

    Tam oxu »
  • İYİMƏK

    bax iylənmək

    Tam oxu »
  • İYİMİŞ

    is. bot. Dağlıq yerlərdə bitən pis iyli bir kol-ağac

    Tam oxu »
  • İYİMİŞ₁

    f.sif. Qoxumuş, üfunətli, pis iy verən. İyimiş balıq

    Tam oxu »
  • İYİR

    is. bot. Bataqlıq zanbağı

    Tam oxu »
  • İYİRMİ

    say. On doqquzdan sonra gələn say – 20. İyirmi manat. İyirmi ədəd. İyirmi gün. – Hələ işin başlanmasına iyirmi dəqiqə var… M

    Tam oxu »
  • İYİRMİ...

    Bu sayla əlaqədar olan bir sıra mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: iyirmibeşlik, iyirmiqəpiklik

    Tam oxu »
  • İYİRMİ-İYİRMİ

    zərf Hər birinə, yaxud hər dəfəsinə iyirmi. Əsgərləri iyirmi-iyirmi düzmək. Uşaqları iyirmi-iyirmi ayırmaq

    Tam oxu »
  • İYİRMİBEŞLİK

    1. is. İyirmi beş manatlıq kağız pul. İyirmibeşliyi xırdalamaq. 2. sif. İyirmi beş nömrəli. İyirmibeşlik lampanın şöləsi naqanın qara sümük zağlı lülə

    Tam oxu »
  • İYİRMİCƏ

    say. Ancaq iyirmi, yalnız iyirmi. İndi səkkiz il idi ki, muzdur Məşədi Əsgər Qanlıtəpədə bir arvadı və üç baş xırdaca uşaqları ilə ayda iyirmicə manat

    Tam oxu »
  • İYİRMİGÜNLÜK

    sif. İyirmi gün sürən və ya sürmüş. İyirmigünlük ezamiyyət. İyirmigünlük gəzinti. // İyirmi gün vaxt tələb edən

    Tam oxu »
  • İYİRMİİLLİK

    sif. 1. İyirmi il davam etmiş. Dostluqlarının iyirmiillik tarixi var. İyirmiillik bir dövr. İyirmiillik mübarizə

    Tam oxu »
  • İYİRMİQƏPİKLİK

    1. sif. İyirmi qəpik qiyməti olan, iyirmi qəpiyə dəyən. İyirmiqəpiklik kitabça. 2. is. Dördşahılıq metal pul

    Tam oxu »
  • İYİRMİLİK

    sif. 1. köhn. İki onluqdan ibarət pul. Dostum, iyirmilikdən qalan beş manatı neylədin? Mir Cəlal. 2. İyirmi nömrəli

    Tam oxu »
  • İYİRMİNCİ

    “İyirmi”dən sıra s. İyirminci sıra. İyirminci otaq. İyirminci il. İyirminci əsrin ilk onillikləri. – [Qəhrəman:] İyirminci ildə bu şəhərdə üsyan olduğ

    Tam oxu »
  • İYİTMƏ

    “İyitmək”dən f.is

    Tam oxu »
  • İYİTMƏK

    bax iylətmək

    Tam oxu »
  • İYLƏMƏ

    “İyləmək”dən f.is

    Tam oxu »
  • İYLƏMƏK

    f. 1. Burunla nəfəs çəkərək, bir şeyin qoxusunu duymağa çalışmaq, qoxulamaq. Arxın suyun kəs, doldu; Bağda gülün dəst oldu; Yara bir gül göndərdim; İy

    Tam oxu »
  • İYLƏNDİRMƏ

    “İyləndirmək”dən f.is

    Tam oxu »
  • İYLƏNDİRMƏK

    bax iylətmək

    Tam oxu »
  • İYLƏNMƏ

    “İylənmək”dən f.is

    Tam oxu »
  • İYLƏNMƏK

    f. Qoxumaq, iy vermək, xarab olmaq, ağırlaşmaq, üfunətlənmək. Ət iylənmişdir. Pendir iylənmişdir, yemək olmur

    Tam oxu »
  • İYLƏNMİŞ

    f.sif. Qoxumuş, xarab olmuş, ağırlaşmış. İylənmiş balıq. – …Get iylənmiş qatığını satmağa! – baqqala belə cavab verib, dəli Səməd adamların arasında i

    Tam oxu »
  • İYLƏŞMƏ

    “İyləşmək”dən f.is

    Tam oxu »
  • İYLƏŞMƏK

    qarş. Bir-birini iyləmək, qoxulamaq. – …İtlər bir-birindən çəkinəçəkinə burun-buruna iyləşdilər. M.Rzaquluzadə

    Tam oxu »
  • İYLƏTMƏ

    “İylətmək”dən f.is

    Tam oxu »
  • İYLƏTMƏK

    icb. 1. Bir şeyi çox saxlayıb qoxutmaq, xarab etmək, köhnəltmək, çürütmək, iylənməsinə səbəb olmaq. Pendiri çox saxlayıb iylətmək

    Tam oxu »
  • İYLİ

    sif. Müəyyən iyi, qoxusu, ətri olan. Bu dağların meşəsi; İylidir bənövşəsi; Könülsüz gedən qızın; Ağlamaqdır peşəsi

    Tam oxu »
  • İYNƏ

    is. 1. Tikiş tikmək üçün bir ucu sivri, digər ucu isə sap keçirilmək üçün deşikli metal milcik. Tikiş iynəsi

    Tam oxu »
  • İYNƏBURNU

    is. Şirin, qırmızı, sivriuclu çəyirdəyi olan gavalı növü

    Tam oxu »
  • İYNƏCİK

    is. Kiçik iynə

    Tam oxu »
  • İYNƏDAN

    is. İynə qoymaq üçün balaca qutu

    Tam oxu »
  • İYNƏDİŞ

    sif. İti, nazik dişləri olan. İynədiş adam

    Tam oxu »
  • İYNƏDOĞAN

    is. zool. Sürətlə uçan kiçik bir quş. Uşaqlar bağdan iynədoğan tutmuşlar

    Tam oxu »
  • İYNƏQABI

    is. İynə qoymaq üçün balaca qutu

    Tam oxu »
  • İYNƏLƏMƏ

    “İynələmək”dən f.is

    Tam oxu »
  • İYNƏLƏMƏK

    f. 1. İynə batırmaq, ucu şiş bir şey batırmaq; sancmaq. 2. İynə ilə bədənə dərman yeritmək, iynə vurmaq

    Tam oxu »
  • İYNƏLİ

    sif. 1. İynəsi olan (bax iynə 3, 4, 5 və 6-cı mənalarda). 2. məc. Kinayəli, istehzalı, qəlbə toxunan, acı

    Tam oxu »