Azərbaycan dilinin izahlı lüğətində AB-HAVA sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ fars. ab və ər. həva] Bir yerin, ölkənin iqlimi, təbiət (su, hava, isti-soyuqluq) cəhətdən vəziyyəti.
Firontək iddiayə düşsəm nə əcəb; Çox zövqlidir abü həvası Misrin. S.Ə.Şirvani.
[Şeyx Sənan:] İştə Qafqaz! Səfalı bir məva; Allah, Allah, nədir bu abü həva! H.Cavid.

← AB

is. [fars.] klas. 1. Su. □ Abi-bəqa – bax abi-həyat. Abi-heyvan(i) – bax abi-həyat. Əzib ləli qatıb abi-heyvana; Qənd ilə yoğurub dil-dodaq çəkib

AB-HAVALI →

sif. Yaxşı iqlimi olan, səfalı. Təbiətcə zəngin, ab-havalı və sakit bir yerə getmək qərarına gələn Şamil də Araz ilə Günəşin olduğu həmin kəndə gəlib