Bİ...

[ fars. ] İsimlərin əvvəlinə gətirildikdə inkar və yoxluq mənasında sifət düzəldən və -siz/-süz mənasını verən şəkilçidir; məs.: biədəb, biinsaf, bivəfa və s.
BIY
BİABIR
OBASTAN VİKİ
.bi
.bi — Burundinın internet kodu.
Bi-Zet
Bi-Zet — iysiz, dadsız, ağ kristallik maddə. Psixokimyəvi zəhərli maddə. == Toksiki xassələri == Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər. Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 30-60 dəq. sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf qıcıqlandırıcılara qarşı reaksiya azalır. Zəhərlənmiş şəxs səmtləşməni itirir, psixoloji oyanma əlamətləri əmələ gəlir, neqativizm inkişaf edir və zəhərlənmiş şəxs ona təklif edilənlərin əksini edir. Zəhərlənmənin ayrı-ayrı əlamətləri 5 sutkayadək saxlanılır.
Li Un-Bi
Li Un-Bi (d. 23 noyabr 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Yo Hyo-Bi
Yo Hyo-Bi (15 iyul 1991, Seul) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yo Hyo-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
"İrəli" İctimai Birliyi
"İrəli" İctimai Birliyi (ing. Ireli Public Union) — Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. == Tarixi == "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb. 3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən quruldu. Ceyhun Osmanlı 24 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfransda "İrəli" İctimai Birliyinin sədri seçilmişdir. Konfransdan sonra 16 aprel 2009-cu ildə birinci yığıncaq keçirilib və burada heyət üzvləri, katibliyin əsasnaməsi və baş katib təsdiqlənib. İrəli İctimai Birliyi 19 fevral 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. === Konfransları === Rauf Mərdiyev 5 may 2012-ci ildə keçirilən II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib. Bu vaxta qədər Rauf Mərdiyev 2010-cu ildən 2012-ci ilə qədər baş katib kimi işləyib. 27 iyun 2014-cü ildə İrəli İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitəsinın mükafatı. == Məlumat == 5 may 2013-cü il tarixində MDB Müdafiə Nazirləri Şurası Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 21 illik yubileyi ərəfəsində (19 fevral 2014-cü il) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalının təsis edilməsi barədə qərar qəbul edir və medal haqqında əsasnaməni və onun təsvirini təsdiq edir. == Təltif qaydası == Medal ilə ƏDR ərazisində 1979–1988-cu illər ərzində SSRİ Silahlı Qüvvələri tərkibində döyüş əməliyyatları veteranlarının və onlara bərabər tutulan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulub. Həmçinin medalla itkin düşmüş döyüşçülərin talelərinin və həlak olanların yerinin və adlarının müəyyən edilməsində, həmçinin veteran hərəkatının fəaliyyətində fəal iştirak edənlər, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyası işində fəal iştirak edənlər təltif edilir. Xatirə medalı Əfqanıstan Veteranlar İttifaqına daxil olan ictimai təşkilatların rəhbərlərinin təqdimatı ilə həyata keçirilir.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədi ilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
10 saylı Binəqədi üçüncü seçki dairəsi
13 saylı Xəzər birinci seçki dairəsi
13 saylı Əzizbəyov birinci seçki dairəsi
15 saylı Yasamal birinci seçki dairəsi
1840-cı il Birlik Qanunu
1840-cı il İttifaq haqqında akt — İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi və Aşağı, Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi: hər bir qurucu seqmentdən bərabər olaraq təmsil edilən tək bir parlamentin qurulması; borc konsolidasiyasının əsasının qoyulması; daimi bir vətəndaş siyahısının olması; rəsmi sənədləşmədə, danışıqlarda fransız dilindən istifadənin qadağan olunması; təhsil və mədəni hüquqla əlaqədar müəyyən frankokanadalı təşkilatların fəaliyyətlərinin dondurulması.Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq, cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinə də siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin, "Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt- Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki, 1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək riski istəmirdi. Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi. Lakin, eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı. İttifaq müflisləşən Yuxarı Kanadada təcili maddi məsələlərin həlli üçün yaradıldı.
19 saylı Nərimanov birinci seçki dairəsi
2015 Bilderberq konfransı
2015 Bilderberq konfransı (ing. 2015 Bilderberg Conference) — Bilderberq klubun 2015-ci ildə təşkil olunan toplantısı. == Toplantı məkanı == Toplantı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir. Bu toplantıya 22 ölkədən 140-a yaxın şəxs dəvət alıb. Eyni məkanda Bilderberq klubun 1988-ci ildə təşkil olunan toplantısı da keçirilmişdir. == Konfransın gündəliyi == Konfransda müzakirə olunan əsas mövzuların siyahısı toplantıdan əvvəl klubun saytında dərc olunub. Konfransın gündəliyinə bu mövzular daxildir: Süni İntellekt; Kibertəhlükəsizlik; Kimyəvi silahlarla bağlı təhlükələr; Cari iqtisadi məsələlər; Avropa strategiyası; Qloballaşma; Yunanıstan; İran; Yaxın Şərq; NATO; Rusiya; Terrorizm; Birləşmiş Krallıq; ABŞ; ABŞ-dəki seçkilər.
2017 Gənclərin Birlik Oyunları
2017 Gənclərin Birlik Oyunları— 2000-ci ildən start verilən və sayca altıncı dəfə təşkil olunan Gənclərin Birlik Oyunlarıdır.
300 spartalı: Bir imperiyanın yüksəlişi (film, 2014)
300 spartalı: Bir imperiyanın yüksəlişi (ing. 300: Rise of an Empire) — rejissor Noam Murronun çəkdiyi və 2014-cü ildə ekranlara çıxan tarixi film. == Məzmun == E.ə. V əsrdə baş vermiş Yunan-İran müharibələrindən bəhs edən filmdə Marafon, Salamin, Fermopil, Artemisiya və digər vuruşmalar, spartalıların Kserksın başçılıq etdiyi çoxsaylı fars qoşunları ilə döyüşləri əks olunmuşdur. == Rollarda == Sallivan Steplton — Femistokl Yeva Qrin — Artemisiya Rodriqo Santaro — Kserks Kallen Mulvey — Skillias Hans Metison — Esxil Lina Hidi — Qorqo Yiqal Naor — Dara == Film haqqında == Film 2007-ci ildə çəkilmiş 300 spartalı filminin davamıdır. Femistokl rolu əvvəlcə Couell Edqertona təklif edilmiş, lakin o rədd etmişdir. Filmin ilk premyerası 2 avqust 2013-cü ildə olmuşdur.
30 saylı Suraxanı birinci seçki dairəsi
5-ci kanal (Birləşmiş Krallıq)
5 Kanal (ing. Channel 5) — Böyük Britaniyada telekanal. 1997-ci ildə qurulmuşdur. 2002-ci ildən 2011-ci ilədək "Five" adını daşıyırdı. O zaman kanalın sahibi RTL Group şirkəti idi.Kanal 5 Böyük Britaniyanın əsas əyləncə kanalıdır. 5 kanalda həm də maraqlı teleseriallar göstərilir. == Kompaniya == 1993-cü ildə iki il hazırlıqdan sonra 5 Kanal yayım üçün lisenziya aldı. Şirkət başlanğıcda yayım üçün pulsuz yer üçün mübarizə aparırdı, lakin bu uğursuz oldu. Ancaq müstəqil televiziya komissiyası, heç kimə yer verməməyi qərara aldı. Televiziya şirkətinin başqa problemi VCR-lər tərəfindən artıq istifadə olunan tezliklərin istifadəsi idi.
5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
8 saylı Binəqədi birinci seçki dairəsi
AMEA Biofizika İnstitutu
Biofizika İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi. İnstitutda 57 nəfər əməkdaş çalışır. Onlardan 4 nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru, 4 nəfəri dossent, 1 nəfər böyük elmi işçi, 24 nəfəri elmi işçi, 12 nəfər mütəxəssis 15 nəfəri isə texniki işçilərdir. == Tarixi == Azərbaycan müstəqillik əldə edəndən bu yana müxtəlif mövzularda regional və qlobal əməkdaşlığa, dialoqa, qarşılıqlı yardıma xidmət edən tədbirlərə ev sahibliyi edib. Onların sırasında Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. Ənənəvi olaraq, Forum paytaxtımızda 2011-ci ildən keçirilməkdədir və hər il bu mühüm tədbir, dünyanın müxtəlif tanınmış siyasətçilərini, alimlərini, ictimai xadimlərini, kütləvi informasiya vasitələri nüməyandələrini və müxtəlif peşə sahiblərini bir araya gətirir. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən Nobel mükafatı laureatlarının iştirakını da xüsusi vurğulamaq lazımdır. Onların sırasında Kimya üzrə Nobel mükafatı laureatları, professor Keri Benks Mullis, Arye Varş, Kurt Vütrex, Əhməd Zevayl, fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatları professor Ervin Neyeri və Tomas Kristian Züdhofu, fizika sahəsi üzrə Corc Smutu və başqalarını misal göstərmək olar.Qabaqcıl dünya alimlərinin fikrincə XXI əsr biologiyada, o cümlədən biofizikada keyfiyyətcə yeni ciddi elmi irəliləyişlər əsri olacaq. Eyni zamanda bu sahənin Azərbaycanda da inkişafı müasir dövrün tələblərindəndir. Azərbaycanda biofiziki tədqiqatları inkişaf etdirmək, Biofizika İnstitutunun təsis edilməsi Dövlət təşəbbüsü ilə başlanan bir prosesdir və bunun üçün ciddi zəmin və zərurət mövcuddur.
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru akademik İradə Hüseynovadır. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş və 01 iyul 2016-cı il tarixindən institut müstəqil fəaliyyətə başlamışdır. == İnstitutun Rəhbərləri == Akademik İradə Məmməd qızı Hüseynova == Yaranma Tarixi == Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsası 1971-ci ildə Botanika İnstitutunda akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur. Əvvəl qrup kimi fəaliyyətə başlanılmış, 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir. 1983-cü ildə laboratoriyanın bazasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarından ibarət Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları laboratoriyası yaradılmışdır. 1988-ci ilin sonunda bu qruplar müstəqil laboratoriyalara çevrilmiş və onların bazasında Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsi təşkil olunmuşdur. 2005–2010-cu illərdə şöbədə 4 yeni laboratoriya yaradılmış və onun adı isə dəyişdirilərək, Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır. 2012-ci ildə şöbənin nəzdində 2 beynəlxalq laboratoriya yaradılmışdır. Hazırda institutun strukturunda 3 şöbə, 5 beynəlxalq laboratoriya fəaliyyət gösrərir.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu
Bioresurslar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin biologiya bölməsi və Genetik Ehtiyatlar İnstitutunun Naxçıvan Elmi–Tədqiqat Bazası əsasında yaradılmışdır. == Əsas fəaliyyət istiqamətləri == Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi. Bitkilər və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları. Naxçıvan MR-in bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları == Elmi nəticələr == Naxçıvan MR-ın bitki örtüyü xəritəsi tərtib olunmuş, ali sporlu, çlpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə "Qırmızı kitabı"ı II cild hazırlanılmışdır. Naxçıvan MR flora biomüxtəlifliyinə daxil olan ibtidai bitkilər öyrənilmiş, 31 fəsilə və 61 cinsə daxil olan 219 növ şibyə aşkar edilmişdir. Ərazinin alqoflorası tədqiq edilmiş, 4 cinsə aid edilən 18 yosun növü Naxçıvan MR florası üçün ilk dəfə qeyd olunmuşdur. Tədqiqatlar nəticəsində ibtidai bitkilər üzrə Azərbaycan florası üçün 5, Naxçıvan florası üçün 33 yeni papaqlı göbələk növü ilk dəfə verilmişdir. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan ali bitkilərdən çılpaqtoxumlular, soğankimilər, zanbaqkimilər, zəngçiçəyikimilər, süsənkimilər, qlobulariyakimilər, dalamazkimilər və qırxbuğumkimilər fəsilələrinə daxil olan bitkilərin növ spektri dəqiqləşdirilmiş, ərazinin ali bitkilər florasına 9 yeni növ əlavə edilmiş, nadir növlərin mühafizə yolları müəyyənləşdirilmişdir. Naxçıvan MR-in brioflorası tədqiq edilmiş, ərazidə 31 fəsilə və 70 cinsə aid 114 növ mamır aşkar edilmişdir ki, onlardan da 4 fəsilə, 15 cinsə aid olan 29 mamır növü ərazi florası üçün yenidir.
AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutu
Bioresurslar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin biologiya bölməsi və Genetik Ehtiyatlar İnstitutunun Naxçıvan Elmi–Tədqiqat Bazası əsasında yaradılmışdır. == Əsas fəaliyyət istiqamətləri == Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi. Bitkilər və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları. Naxçıvan MR-in bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları == Elmi nəticələr == Naxçıvan MR-ın bitki örtüyü xəritəsi tərtib olunmuş, ali sporlu, çlpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə "Qırmızı kitabı"ı II cild hazırlanılmışdır. Naxçıvan MR flora biomüxtəlifliyinə daxil olan ibtidai bitkilər öyrənilmiş, 31 fəsilə və 61 cinsə daxil olan 219 növ şibyə aşkar edilmişdir. Ərazinin alqoflorası tədqiq edilmiş, 4 cinsə aid edilən 18 yosun növü Naxçıvan MR florası üçün ilk dəfə qeyd olunmuşdur. Tədqiqatlar nəticəsində ibtidai bitkilər üzrə Azərbaycan florası üçün 5, Naxçıvan florası üçün 33 yeni papaqlı göbələk növü ilk dəfə verilmişdir. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan ali bitkilərdən çılpaqtoxumlular, soğankimilər, zanbaqkimilər, zəngçiçəyikimilər, süsənkimilər, qlobulariyakimilər, dalamazkimilər və qırxbuğumkimilər fəsilələrinə daxil olan bitkilərin növ spektri dəqiqləşdirilmiş, ərazinin ali bitkilər florasına 9 yeni növ əlavə edilmiş, nadir növlərin mühafizə yolları müəyyənləşdirilmişdir. Naxçıvan MR-in brioflorası tədqiq edilmiş, ərazidə 31 fəsilə və 70 cinsə aid 114 növ mamır aşkar edilmişdir ki, onlardan da 4 fəsilə, 15 cinsə aid olan 29 mamır növü ərazi florası üçün yenidir.
Abbad ibn Bişr
Abbad ibn Bişr (ərəb. عباد بن بشر‎ 589, Mədinə – 632) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Mədinədə anadan olmuşdur. Məhəmməd peyğəmbərin Mədinəyə göndərdiyi Musab ibn Umeyrin xütbələri sayəsində İslam ehkamı ilə tanış olur. İslamı qəbul etdikdən sonra zahid bir həyat tərzi keçirir, namaza çox vaxt sərf edir. O, parlaq Quran alimi idi. Aişə binti Əbu Bəkr demişdir: "Əbdül-Əşxələ nəslindən olan üç ənsardan heç kim fəzilət baxımından üstün ola bilməzdi: Səd ibn Muaz, Üseyd ibn əl-Xudeyr və Abbad ibn Bişr". Abbad ibn Bişr Peyğəmbərin dövründə bütün hərbi yürüşlərdə iştirak etmişdir. 626-cı ildə Məhəmməd peyğəmbər Bəni Muharib və Bənu Sələbə qəbilələrinə qarşı yürüş edir. Vadilərin birindəki "Zat ər-Rikaa" döyüşündən qayıdan dəstə gecəni saxlanır.
Abbarik (Bicar)
Abbarik (fars. آب باريك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Abdullah bin Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; 68/687-ci ildə vəfat etmişdir) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir. Abdullah ibn Abbas Raşidi xəlifələr dövründə xəlifələrə yaxın olmuş, müsəlmanların Şimali Afrika və Təbəristana yürüşlərində iştirak etmişdir. Xəlifə Osmanın vəfatından sonra Abdullah ibn Abbas Əli ibn Əbu Talibi xəlifə kimi tanıyıb, ona dövlət işlərində yaxından köməklik göstərmişdir.
Abdullah bin Cəhş
Abdullah bin Cəhş (580, Məkkə – 625, ərəb. عبد الله بن جحش‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Qüreyş qəbiləsinin Bənu Üməyyə qolunun Banu Əsəd ibn Xuzeym soyunun nümayəndəsi olmuşdur. Anası Umeymə bint Əbdülmüttəlib Məhəmmədin bibisi olmuşdur. == Bioqrafiya == Tam adı Abdullah ibn Cəhş ibn Riab ibn Yəmər ibn Səbra ibn Murra ibn Əsəd ibn Huzeymədir. O, qardaşları Ubeydullah və Əbu Əhmədlə birlikdə İslamı erkən qəbul edənlərdəndir. Həbəşistana hicrətdə iştirak etmişdir. Ubeydullah xristian olur və oradaca ölür, lakin Abdullah Məkkəyə qayıdır və hamısı Mədinəyə hicrət edən birləşmiş qrupunun ən görkəmlisi olur. Onun bacısı Zeynəb Məhəmməd peyğəmbərin həyat yoldaşı idi. O, Nəxlədə Qureyşləri öldürdüyünə görə tənqid olunur.

Digər lüğətlərdə

бытие драстичный отма́ниваться перебудора́жить пиро́жный радиосе́ть скра́сить стре́тто картофелево́дческий ковче́жный подчёркнутость приревнова́ть шага́нье сиг сухомятка camese innervate jinx mintage petrolize pick over si vis pacem, para bellum slow-footed urbanoid рентгенографический