HEKTO...

[ yun. hekaton – yüz] Ölçü vahidi bildirən mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, “yüz”, “yüz dəfə” mənasını ifadə edir; məs.: hektolitr (yüz litr), hektometr (yüz metr) və s.
HEKTAR
HEKTOQRAF
OBASTAN VİKİ
Hektor
Hektor (yun. Ἕκτωρ) - (e.ə.270-ci il) yunan mifologiyasına görə qüdrətli sərkərdə, Troyanın qoruyucusu, Troya çarı Pryamın oğlu olmuşdur. Hektor adı ilk olaraq yunan mifologiyasının əsas mənbəyi sayılan Homerin "İliada" dastan poemasında xatırlanır. Poemaya əsasən Troya çarının böyük oğlu olub, Kiçik Asiyada qeyri adi qüvvəyə və ən qüdrətli orduya malik olmuş, onillik Troya müharibəsinin əsas qəhrəmanlarından biridir. O. bütün həyatını Troyanı yadelli düşmənlərdən qorumağa sərf etmişdir. Hektor Poemada tək cəsur cəngavər kimi deyil eyni zamanda qayğıkeş oğul, qardaş, ata və sevgidolu həyat yoldaşı kimi də təsvir edilmişdir. O, tanrıların qayğıları ilə əhatə olunmuş bir qəhrəmandır. Poemaya əsasən onun həyatı, qələbələri, məğlubiyyəti və ölümü tanrıların vermiş olduqları qərarlara bağlıdır. Zevsin troyalılara qələbəni hədiyyə etməsindən narahat olan Hera hadisələrin gedişinə mane olmaq qərarına gəlir. Zevsin könlünü aldıqdan sonra onu şirin yuxuya verərək, özü Poseydonun yanına gələrək ondan axeylilərə kömək etməyi tapşırır.
Hektor Bellerin
Hektor Bellerin "Arsenal" klubunun və İspaniya milli futbol komandasının Müdafiəçisi .
Hektor Berlioz
Hektor Berlioz (fr. Louis-Hector Berlioz, Lui-Ektor Berlioz) (11 dekabr, 1803 – 8 mart, 1869) — fransız romantik bəstəkarı. "Fantastik simfoniya" və "Grand messe des morts" (Rekviyem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu "Treatise on Instrumentation"la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir. == Həyatı == Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə Paris şəhərində onun ilk iri tutumlu əsəri olan "Təntənəli messa" ilk dəfə publika qarşısında tamamilə müvəffəqiyyətsiz ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır.
Yonas Hektor
Yonas Hektor (alm. Jonas Hector‎; 27 may 1990, Saarbrükken) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda və Almaniya milli futbol komandasında müdafiənin sol cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur.

Digər lüğətlərdə

взаём девяно́сто перетуши́ть пригла́живать федерализа́ция эфи́рно граф некомфорта́бельно паровозо... подживля́ться расчёска контрабас толпа bass-relief disci edible frog hanky outrode plat du jour proof spirit trysail короткий начитать пила провозглашение