1. Verilən suala müsbət cavab və ya təsdiq məqamında işlənir (yox ziddi); bəli, elədir. Hə, razıyam. – İmtahan verdinmi? – Hə, verdim. – Yemək istəyirsənmi? – Hə.
– [Vəli:] Sultan bəyin evi buradır? [Telli:] Hə, buradır, nə işin var?
2. Sual cümlələrində sualı gücləndirir və təkid bildirir.
Hə, de görüm məndən nə istəyirsən? – Telli arvad yerindən dilləndi: – Ay imanı yanmış, gorda da məndən əl çəkməyəcəksən, hə?
// Sual cümlələrinin axırında müsahibi cavab verməyə vadar etmək məqamında işlənir – düz deyil? elə deyilmi? de görüm mənasında.
– Siz haqlı olmadığınızı etiraf edirsinizmi? – Hə? – Bir də belə işlər edəcəksənmi? – Hə? – Birdən müəllimin gözü Tapdığın əlindəki ağ dəftərə sataşdı: – Bunu haradan almısan? Şəkil çəkirsən? Hə?
// Nitqin daxilində əvvəlcə deyilmiş sözü israrla təsdiq məqamında işlənir və bəzən təkrar deyilir – düzdür, tamamilə doğrudur, elədir ki var, əlbəttə mənasında. – Sən dediyinin üstündə durursanmı? – Hə, hə, dururam.
3. Yaddan çıxmış bir şey birdən yada düşdükdə və ya başqa mətləbə keçdikdə deyilir – yeri gəlmişkən, bir də mənasında. Hə, yaxşı yadıma düşdü. Hə, az qala yadımdan çıxmışdı, gələndə kitabını da gətir.
4. Cümlənin əvvəlində müraciət zamanı işlənir – ey, ay mənasında.
[İskəndər oxuyaoxuya daxil olur] – Hə… ana, kefin necədir?
Qurban əlilə boynunu ovuşdura-ovuşdura: – Hə molla! Yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək.
// Müraciətə, çağırışa cavab kimi işlənir – nə, nədir, eşidirəm! mənasında. – Həsən? – Hə.