HİDRO...

[ yun. hydor – su] Mürəkkəb sözlərin əvvəlində, onların suya, su sahələrinə aid olduğunu bildirir; məs.: hidrobiologiya, hidroplan, hidrologiya.

Etimologiya

  • HİDRO… yun. hydor – su
HİDRİD
HİDROAERODRÓM
OBASTAN VİKİ
Alüminium hidroksid
Alüminium hidroksid – kimyəvi formululu Al(OH)3 olan qeyri –üzvi birləşmədi. == Alınması == Alüminium hidroksidi alüminium duzlarının ammonyakla reaksiyası nəticəsində almaq olar: A l 2 ( S O 4 ) 3 + 6 N H 3 + 6 H 2 O ⟶ 2 A l ( O H ) 3 ↓ + 3 ( N H 4 ) 2 S O 4 {\displaystyle {\mathsf {Al_{2}(SO_{4})_{3}+6NH_{3}+6H_{2}O\longrightarrow 2Al(OH)_{3}\downarrow +~3(NH_{4})_{2}SO_{4}}}} Alüminium hidroksid jelatinə bənzər ağ çöküntü kimi çökür. Alüminium hidroksid istehsalının ikinci üsulu isə suda həll olunan alüminium duzlarının qələvi metalların karbonatları ilə reaksiyasıdı: 2 A l C l 3 + 3 N a 2 C O 3 + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 C O 2 ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}CO_{3}+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3CO_{2}\uparrow +~6NaCl}}} 2 A l C l 3 + 3 N a 2 S + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 H 2 S ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}S+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3H_{2}S\uparrow +~6NaCl}}} == Fiziki xassələri == Alüminium hidroksid, 4 kristal modifikasiyası olan ağ kristal maddədir: monoklinik (γ) gibbsit triklinik (γ ') gibbsit (hidrarqillit) bayerit (γ) nordstrandit (β)Gibbsit, alüminium hidroksidin kimyəvi cəhətdən ən sabit formasıdır. == Kimyəvi xassələri == Alüminium hidroksid suda zəif həll olunur, amfoter xüsusiyyətə malikdir. Təzə çökmüş alüminium hidroksid turşularla və qələvilərlə reaksiyaya daxil olur: turşularla: A l ( O H ) 3 + 3 H C l ⟶ A l C l 3 + 3 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+3HCl\longrightarrow AlCl_{3}+3H_{2}O}}} qələvi lərlə: A l ( O H ) 3 + N a O H + 2 H 2 O ⟶ N a [ A l ( O H ) 4 ( H 2 O ) 2 ] {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH+2H_{2}O\longrightarrow Na[Al(OH)_{4}(H_{2}O)_{2}]}}} Bərk reagentlərin əriməsi nəticəsində: A l ( O H ) 3 + N a O H → 1000 o C N a A l O 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH\ {\xrightarrow {1000^{o}C}}\ NaAlO_{2}+2H_{2}O}}} Qızdırıldıqda parçalanır: 2 A l ( O H ) 3 → t > 575 o C A l 2 O 3 + 3 H 2 O {\displaystyle {\mathsf {2Al(OH)_{3}\ {\xrightarrow {t>575^{o}C}}\ Al_{2}O_{3}+3H_{2}O}}} Ammonyak məhlulları ilə reaksiya daxil olmur. == Tətbiqi == Alüminium hidroksid, suyun təmizlənməsində istifadə olunur, çünki müxtəlif maddələri absorbsiya (udmaq) qabiliyyətinə malikdir. Tibbdə peyvəndlərin istehsalında köməkçi maddə kimi istifadə olunur. Diş pastası, mineral gübrələr, kağız, boyaların tətbiqində istifadə olunur. == Mənbə == Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов.
Azərbaycanda hidroloji rejim
Azərbaycanda su ehtiyatları−Azərbaycanda 8359 çay var, onlardan ikisinin (Kür və Araz çaylarının) uzunluğu 500 kilometrdən artıqdır. Daha 22 çayın uzunluğu 101–500 km arasında, 40 çayın uzunluğu 51–100 km, 107 çayın uzunluğu isə 26–50 km arasındadır. Kür çayı hövzəsində 5141, Araz çayı hövzəsində 1177 çay var. Qolları ilə birlikdə birbaşa Xəzər Dənizinə tökülən çayların sayı 3218-dir. Ümumilikdə çay şəbəkəsinin sıxlığı 0,36 km/km2 -dir. == Hidroloji müşahidə şəbəkəsi == Azərbaycanın əsas transsərhəd çayları (21 çay) Kür, Araz, Qanıxçay, Qabırrıçay, Samurçay, Astaraçay çayları və Kür, Araz çaylarının qollarını təşkil edən, kiçik çaylardır. Respublikanın su obyektlərində — çaylarda, göllərdə və su anbarlarında stasionar hidroloji müşahidələr Milli Hidrometeorologiya Departamenti tərəfindən 59 hidroloji məntəqədə aparılır. Həmin məntəqələrdə təlimata uyğun olaraq su obyektlərinin vəziyyəti, suyun səviyyəsi, temperaturu, su sərfləri, dalğalanma və su rejiminin başqa elementləri üzərində standart hidroloji müşahidələr aparılır. == Yerüstü su ehtiyatları == Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir.
Beynəlxalq Hidroqrafiya Təşkilatı
Beynəlxalq Hidroqrafiya Təşkilatı (ingiliscə International Hydrographic Organization) — üzv-dövlətlərinin hidroqrafik fəaliyyətlərinin koordinasiyası məqsədilə 1921-ci ildə yaradılmış beynəlxalq təşkilat. İlkin dövrdə "Beynəlxalq Hidroqrafik Büro" (ingiliscə International Hydrographic Bureau) adlanırdı. Mənzil qərərgahı Monakoda yerləşir.
Duzların hidrolizi
Duzların hidrolizi — zəif elektrolit əmələ gəlməsi ilə duz ionlarının su ilə qarşılıqlı təsirinə deyilir. Duz ionlarının su ilə qarşılıqlı təsiri suyun hidrogen və hidroksil ionları qatılığının dəyişməsinə səbəb olur. duzların hidrolizi zamanı məhlulun reaksiyası turş, qələvi və ya neytral olur. == Duzların əmələ gəlməsi == Duzların əmələ gəlməsinə görə 4 qrupa bölünür: Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duz. Qüvvətli turşu və zəif əsasdan əmələ gələn duz. Zəif turşu və qüvvətli əsasdan əmələ gələn duz. Zəif turşu və zəif əsasdan əmələ gələn duz. == Duzların hidrolizi == Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzlar hidrolizə uğramır. Çünki onların su ilə qarşılıqlı təsiri nəticəsində zəif elektrolitlər alınmır. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzların suda məhlulu neytral reaksiyaya (pH=7) malik olur.
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. == Növləri == Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsi ilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Hidroaeromexanika
Hidroaeromexanika — axıcı maddələrin (mayelərin, qazların və plazmaların) mexanikasını və onlara təsir edən qüvvələri öyrənən fizika sahəsi. Onun mexaniki, mülki, kimyəvi və biotibbi mühəndislik, geofizika, okeanoqrafiya, meteorologiya, astrofizika və biologiya da daxil olmaqla geniş spektrdə tətbiqləri var. Onu maye və qazların statikasına, yəni sükunətdə olan axıcıların öyrənilməsinə və onların dinamikasına, yəni qüvvələrin axıcıların hərəkətinə təsirinin öyrənilməsinə ayırmaq olar. O maddənin atomlardan təşkil olunduğunu nəzərə almadan onu modelləşdirən bütöv mühit mexanikasının bir qoludur; yəni burada maddə mikroskopik yox, makroskopik baxımdan modelləşdirilir. Hidroaeromexanika, xüsusən də hidroaerodinamika tipik olaraq kompleks riyazi aktiv tədqiqat sahəsidir. Bir çox problemlər qismən və ya tamamilə həll edilməmişdir və ən yaxşı formada isə ədədi üsullarla, adətən, kompüterlərdən istifadə etməklə həll edilmişdir. Hesablamalı hidroaerodinamika adlanan müasir elm sahəsi bu yanaşmaya həsr edilmişdir. Axınların vizuallaşdırılması və analizi üçün eksperimental üsul olan hissəciklərin sürətinin vizual ölçülməsi də axının yüksək vizual təbiətinə əsaslanır. == Qısa tarix == Hidroaeromexanikaya dair çalışmalar öz başlanğıcını ən azı Antik Yunanıstandan götürür. Bu dövrün ən sanballı çalışması Arximed tərəfindən maye və qazların statikasına və qaldırma qüvvəsinin tədqiqinə həsr olunmuş "Üzən Cisimlərə Dair" əsəridir.
Hidroaviasalon
Hidroaviasiya üzrə beynəlxalq "Hidroaviasiya sərgisi" və elmi konfransı — 1996-cı ildən bəri hər ikinci ildə Rusiyada təşkil edilən beynəlxalq hidroaviasiya şousu MAKS ilə sıralanır. Gəlincik buxtasında TANTK-ın sınaq-təcrübə bazasının G. M. Beriev və Gəlincik hava limanı ərazisində keçir. Əsas nümayiş uçuşları Gəlincik körfəzi ərazisi üzərində aparılır. Dəniz lövhələri hidravlik buraxılışdan onlara Berieva adına TANTK-da başlayır, hava şousuna qatılan aerobatik qruplar Gəlincik hava limanının zolağından başlayır. "Hidroaviyasiya sərqisi" nin təşkilatçısı Rusiyanın Sənaye və Ticarət Nazirliyi, təşkilatçısı UAC və sərgi operatoru G. M. Berieva adına TANTKdır. . Uçuş proqramının tipik iştirakçıları- TANTK Beriev Be-200, A-40, Be-12, P-200 və Be-103 . Gəlincikdəki hava şousunun müntəzəm iştirakçıları "Strijı" aeroklubu və "İlk Uçuş" klubu bir neçə ildir burada çıxış edir. Hidroaviasalonun rəsmi simvolu Be-200 təyyarəsidir; ənənəyə görə Hidroaviasalon rəsmi olaraq Rusiya bayrağının rənglərində su axıdılması ilə yola çıxır. Be-200 uçuşları hətta bir iş günündə, hava şousunda iştirak edən təyyarələrin əksəriyyəti hələ bir uçuş proqramını reallaşdırmadıqda baş verir. Hidroaviasalon-2018 çərçivəsində MAKS Kuboku aerobatika turnirinin ilk regional mərhələsi keçirildi, onun finalı MAKS-2019 sərgisində keçiriləcəkdir.
Hidrobiologiya
Hidrobiologiya su orqanizmləri və onların xarici mühitlə qarşılıqlı əlaqəsindən bəhs edən elm. Hidrobiologiya, əsasən, ekoloji elm olub okeanların, dənizlərin və şirin suların bioloji məhsuldarlığını öyrənir. Orqanizmlərin suda yaşamasında xarici mühitin rolu böyükdür. Xarici mühit amillərinə suyun şəffaflığı, temperaturu, duzluluğu, suda həll olmuş qazlar, biogen elementlər və sairə aiddir. == Ümumi == Yunanca hydor — su, bios – canlı, loqos – söz, elm sözlərindən yaranmışdır. Hidrosferdə yayılmlış birhüceyrəli orqanizmlərdən başlamış məməlilərədək bütün canlıları, onların növ tərkibini, ekoloji göstəricilərini, bir-biri ilə və mühitlə qarşılıqlı münasibətlərini öyrənən elm sahəsidir. Hidrosfer özünün canlı aləmi – hidrofaunası ilə birlikdə insanın yaşayışında əvəzedilməz rol oynayır. Bəşəriyyətin inkişafı ilə birlikdə bütün sututarlar içməli və texniki su təchizatı, kənd təsərrüfatı sahələrinin suvarılması, balıqçılıq təsərrüfatı sahələri, energetika, gəmiçilik, istirahət və başqa məqsədlər üçün daha intensiv istifadə edilir. == Məqsəd və vəzifələri == Müasir hidrobiologiyanın əsas məqsədi su ekosistemlərində baş verən mürəkkəb bioloji proseslərin mahiyyətini dərk etmək və onları idarə edə bilmək vərdişlərinə yiyələnməkdir. Başqa sözlə, başdan ayağa ekoloji elm sahəsi olan hidrobologiya sututarlarda bioloji məhsuldarlığın artırılması və onlardan daha çox istehlak əhəmiyyətli məhsul (balıq, molyusk və xərçəng) əldə edilməsi ilə bərabər, həm də insanların təmiz su ilə təminatının elmi əsaslarının işlənilib hazərlanması ilə məşğul olur.
Hidrobiont
Hidrobiont — suda yaşayan orqanizm. Su mühitinin sıxlığı hava mühitinə nisbətən orta hesabla 800 dəfə çox olur. Suyun sıxlığından asılı olaraq heyvanların suda hərəkəti təkmilləşmişdir. Paleontoloji materiallara əsasən Yer səthində həyatın inkişafı ilk dəfə suda başlamışdır. Lakin su şəraitində heyvanların proqressiv inkişafı balıqlar sinfindən yuxarı gedə bilməmişdir. İlk su heyvanları içərisində onurğalı heyvanların ali qruplarının olmaması, əsasən suda havaya nisbətən həll olmuş oksikenin 30 dəfə az olması ilə izah edilir. Əcdadı suda yaşamış quruda yaşayan ali heyvan siniflərinin bəzi nümayəndələri təkamül prosesi zamanı ikinci dəfə su həyatına keçmişlər. Bu çür ikinci su heyvanlarına pərayaqlılar, balinalar, sirenlər, bəzi sürünənlər, böcəklər, taxtabitilər, ağciyərlə tənəffüs edən bəzi molyusklar daxildir. Onlarda oksikenlə tənəffüsetmə xüsusiyyəti qalmışdır. Təkamül prosesində su mühitində yaşayan orqanizmlər bir-birindən bir sıra əlamətlərilə fərqlənən üç əsas ekoloji mühitdə (plankton, bentos, neyston) yaşamağa uyğunlaşmışlar.
Hidrobiontlar
Hidrobiont — suda yaşayan orqanizm. Su mühitinin sıxlığı hava mühitinə nisbətən orta hesabla 800 dəfə çox olur. Suyun sıxlığından asılı olaraq heyvanların suda hərəkəti təkmilləşmişdir. Paleontoloji materiallara əsasən Yer səthində həyatın inkişafı ilk dəfə suda başlamışdır. Lakin su şəraitində heyvanların proqressiv inkişafı balıqlar sinfindən yuxarı gedə bilməmişdir. İlk su heyvanları içərisində onurğalı heyvanların ali qruplarının olmaması, əsasən suda havaya nisbətən həll olmuş oksikenin 30 dəfə az olması ilə izah edilir. Əcdadı suda yaşamış quruda yaşayan ali heyvan siniflərinin bəzi nümayəndələri təkamül prosesi zamanı ikinci dəfə su həyatına keçmişlər. Bu çür ikinci su heyvanlarına pərayaqlılar, balinalar, sirenlər, bəzi sürünənlər, böcəklər, taxtabitilər, ağciyərlə tənəffüs edən bəzi molyusklar daxildir. Onlarda oksikenlə tənəffüsetmə xüsusiyyəti qalmışdır. Təkamül prosesində su mühitində yaşayan orqanizmlər bir-birindən bir sıra əlamətlərilə fərqlənən üç əsas ekoloji mühitdə (plankton, bentos, neyston) yaşamağa uyğunlaşmışlar.
Hidrobiontların ekoloji qrupları
Hidrobiontların aşağıdakı ekoloji qrupları vardır: Plankton -Plankton sözü yunan kəlməsi olub, azərbaycan dilində azmış, su qatlarında üzən mənasındadır. Termin ilk dəfə alman alimi V. Genzen tərəfindən 1887-ci ildə irəli sürülmüşdür. Planktonun mahiyyətini isə V. Rilov və A. Skabiçevski açmışlar. Onlar planktona belə tərif vermişlər: Plankton su qatlarında yaşayan, suyun hərəkətinə müqavimət göstərə bilməyən, zəif hərəkətli canlılar qrupudur. Bu qruplaşmaya bir hüceyrəli yosunlar, infuzorlar, rototorlar, ibtidai xərçənglər, inkişaf mərhələlərində olan molyusk və bığayaq xərçəng süfələri aiddir. Planktonda yaşayan orqanizimlər ölçülərinə görə meqaplankton, makroplankton, mezoplankton, mikroplankton və nanoplankton qruplarına bölünürlər. Meqaplankton- ölçüləri 1 metrdən böyük olan orqanizimlərdir. Meduzalar, sifonoforlar buraya aiddir. Makroplankton- ölçüləri 1 sm-dən 100 sm-ə qədər olan orqanizimlərdir. Meduzalar bu qrupa aid orqanizimlərdir.
Hidroelektrik enerji
Hidroelektrik enerji — sürətlə axan suyun enerjisiylə çevirilən elektrik generatorlarından əldə edilən elektrikdir. Hidroelektrik enerji stansiyaları içmə, istifadə etmə ya da sənaye suyu təmin etmək məqsədiylə çayların önü kəsilərək yaradılan su anbarında qurulmaqdadır. Hidroelektrik stansiyanın ana hissələri cəbri borular, hidrolik turbinlər, generatorlar, transformatörler ilə su axışını və elektrik enerjisi paylamasını nəzarət edən köməkçi təchizatlardır. Cəbri borular suyu aşağıya doğru turbinlərə çatdıran böyük borular ya da tunellərdir. Turbinlər, axan suyun hidrolik enerjisini mexaniki enerjiyə çevirən maşınlardır. Transformatörler üreteçlerden əldə edilən alternativ gərginliyi uzaq məsafələrə çatdırmaq üzrə çox yüksək gərginlik dəyərlərinə yüksəltməkdə istifadə edilər.
Hidroelektrik stansiyası
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Hidroelektrostansiya
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Hidrofauna
Hidrofauna — su heyvanları faunası. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hidrofit
Hidrofit — suda yaşayan bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hidrofobiya
Hidrofobluq — kimyəvi xüsusiyyət. Akvafobiya — su qorxusu.
Hidrofobluq
Hidrofobluq — Kimyada bir molekulun sudan yayınma xüsusiyyəti.Hidrofobik molekullar ümumiyyətlə apolyardır və buna görə də onların digər neytral molekullarla və qeyri-polyar həlledicilərlə qarşılıqlı təsiri termodinamik cəhətdən daha sabitdir. Suda hidrofobik molekullar adətən birləşir. Hidrofob səthdə suyun təmas bucağı yüksəkdir. Buna görə də, onların nəmlənmə qabiliyyəti azdır və ya yoxdur. Hidrofobik molekullara misal olaraq alkanlar və yağlar daxildir. Hidrofobik materiallardan nefti sudan təmizləməsi, neft dağılmalarını təmizləməsi, qütblü və qütb olmayan maddələri ayırmaq üçün kimyəvi proseslərdən istifadə olunur.
Hidrofotometr
Hidrofotometr – Sualtı şüalanmanı ölçən cihaz.
Hidrogen
Hidrogen (H) (yun. ὑδρογόνο tələffüzü idrogono – "su hazırlayan, su edən"), köhnə mənbələrdə Müvəllidülma (az.-əbcəd مولدالما‎‎) — D.İ. Mendeleyevin dövri cədvəl sistemində 1-ci elementdir. Nisbi şəraitdə rəngsiz, qoxusuz, qeyri-metal, dadsız, asan yanan, havadan 14.5 dəfə yüngül, suda pis həll olan və H2 molekullarından ibarət qazdır. 1.00794 q/mol-a bərabər olan atom kütləsi ilə bütün elementlər arasında ən yüngül elementdir. == Tarixi == Hidrogen 1766-cı ildə İngilis fiziki və kimyaçısı Henri Kavendiş (1731–1810) tərəfindən kəşf edilmişdir. O, bunu "yanar qaz" adlandırmışdı. 1783-cü ildə suyu sintez edən Antuan-Loran Lavuazye "yanar qaza" hydrogene ("su əmələ gətirən") adını vermişdir. Rus dilində "водород" adını 1824-cü ildə kimyaçı M.F.Soloyov (1785–1856) təklif etmişdir. == Hidrogen elementlərin dövri sistemində == Hidrogen kimyəvi elementlərin dövri sisteminin həm IA, həm də VIIA əsas yarımqrupunda yerləşir. Silisium və Bordan başqa digər qeyri metallarla +1 oksidləşmə dərəcəsi göstərdiyi üçün IA, Metallar, silisium və borla birləşmələrdə isə −1 oksidləşmə dərəcəsi göstərdiyi üçün VIIA yarımqrupunda yerləşir.
Hidrogen-sulfid qazı
Hidrogen-sulfid qazı (H2S) - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz. Sıxlığı 1,538 q/l; hidrogen-sulfid qazı yüksək dərəcədə zəhərlidir. Havada ehtimal olunan miqdarı 0,01mq/l-ə yaxındır. Sərbəst halda biokimyəvi mənşəli təbii qazlarda (~1% yaxın), metamorfik və maqmatik qazlarda və həmçinin fumarollarda rast gəlinir. Təbii qazlarda hidrogen-sulfid qazı miqdarı, adətən 1%-dən çox olmur. Karbonat süxurların üstünlük təşkil etdiyi, xüsusilə sulfat mineralları ilə zəngin olan kəsilişlərin sularında həll olmuş hidrogen-sulfid qazı miqdarı yüksək olur. == Həmçinin bax == Hava Təbii qaz Fumarollar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Hidrogen azid
== Əməyin mühafizəsi və təhlükəsizliyi == Əsas təhlükələr Yüksək zəhərli, partlayıcı, reaktiv Hidrogen azid və ya azoimid kimi tanınan, HN3 kimyəvi formulu olan birləşmədir.[3] Otaq temperaturunda rəngsiz, uçucu və partlayıcı mayedir. Azot və hidrogenin birləşməsidir və buna görə də pniktogen hidridi adlanır. İlk dəfə 1890-cı ildə Teodor Kurtius tərəfindən alınmışdır.[4] Turşunun az tətbiqi var, lakin onun konjugat əsası, azid ionu xüsusi proseslərdə faydalıdır. Hidrogen azid digər mineral turşular kimi suda həll olur. Durulaşdırılmamış hidrogen azid təhlükəli partlayıcıdır[5], standart əmələ gəlmə entalpiyası ΔsHo (l, 298K) = +264 kCmol-1. [6] Durulaşdıqda, qaz və sulu məhlullar (<10%) təhlükəsiz hazırlana bilər, lakin dərhal istifadə edilməlidir; aşağı qaynama nöqtəsinə görə hidrogen azid buxarlanma və kondensasiya zamanı qatılaşır ki, partlamayan durulaşdırılmış məhlullar konteynerin və ya reaktorun yuxarı hissəsində partlaya bilən damcılar əmələ gətirə bilər.[7] [8] Mündəricat == Alınması == Turşu adətən natrium azid kimi bir azid duzunun turşulaşdırılması nəticəsində əmələ gəlir. Natrium azidin suda məhlulları azid duzu ilə tarazlıqda olan az miqdarda hidrogen aziddən ibarət olur, lakin daha güclü bir turşunun tətbiqi məhluldakı əsas qrupları hidrogen azid turşusuna çevirə bilər. Saf turşu sonradan son dərəcə partlayıcı və rəngsiz maye kimi fraksiyalı distillə ilə əldə edilə bilər.[2] NaN3 + HCl → HN3 + NaCl Həmçinin onun sulu məhlulu həll olmayan barium sulfatın əlavə olunması ilə əldə olunmuş barium azid məhlulunu duru sulfat turşusu ilə reaksiyası ilə də hazırlana bilər.[9] Hidrogen azid əvvəlcə hidrazinin nitrit turşusu ilə reaksiyasından alınmışdır: N2H4 + HNO2 → HN3 + 2 H2O Hidrazinium kationu [N2H5]+ ilə bu reaksiya aşağıdakı kimi yazılır: [N2H5]+ + HNO2 → HN3 + H2O + [H3O]+ Hidrogen peroksid, nitrosilxlorid, trixloramin və ya nitrit turşusu kimi digər oksidləşdirici maddələr də hidrazindən hidrogen azid almaq üçün istifadə edilə bilər.[10] Utilizasiyadan əvvəl məhv edilməsi Hidogen azid turşusu nitrit turşusu ilə reaksiyaya daxil olur: HN3 + HNO2 → N2O + N2 + H2O Bu reaksiya qeyri-adidir, ona görə ki, o, dörd müxtəlif oksidləşmə vəziyyətində azotlu birləşmələri əhatə edir.[11] == Reaksiyaları == Öz xüsusiyyətlərinə görə hidrogen azid turşusu halogen turşulara bənzəyir, çünki o, zəif həll olan (suda) qurğuşun, gümüş və civə (I) duzlarını əmələ gətirir. Metal duzların hamısı susuz formada kristallaşır və qızdırıldıqda parçalanır və təmiz metalın qalığı qalır.[2] O, zəif turşudur (pKa = 4,75.[6]) Onun ağır metal duzları partlayıcıdır və alkil yodidlərlə asanlıqla qarşılıqlı təsirdə olur. Daha ağır qələvi metalların (litium istisna olmaqla) və ya qələvi torpaq metallarının azidləri partlayıcı deyil, lakin qızdırıldıqda daha idarə olunan şəkildə parçalanır və spektroskopik cəhətdən təmiz N2 qazı alınır.[12] Hidrogen azid turşusunun məhlulları hidrogenin ayrılması və azidlər (əvvəllər azoimidlər və ya hidrazoatlar) adlanan duzların əmələ gəlməsi ilə bir çox metalı (məsələn, sink, dəmir) həll edir.
Hidrogen bombası
Hidrogen bombası — Nüvə silahının növü. Hidrogen bombası atom bombasından qat-qat güclüdür.Hidrogen bombasında reaksiyanın başlaması üçün atom bombasından istifadə edilir.
Hidrogen enerjisi
Hidrogen iqtisadiyyatı, Hidrogen enerjisi - önümedilməkdədir. Bu enerji, sudan əldə edilə bilməkdə və yüksək məhsuldarlıqla, ətraf üzərində heç bir mənfi təsir yaratmadan faydalı bir enerjiyə çevrilə bilməkdədir. Dünyanın enerji problemini həll etmək üçün istifadə ediləcək hidrogen enerjisi ilə milyardlarla il çatacaq enerji davamlı olaraq çıxarıla biləcək. == Tətbiqi == Yaponiyanın “JR Higashi Nihon” dəmir yolu şirkəti 2020-ci ilin ortalarından başalayaraq ekoloji cəhətdən təmiz, hidrogen yanacağı elementindən istifadə edən qatarlardan istifadəni planlaşdırır. Şirkət hidrogen yığılan çənlərin vaqonların damında və döşəmənin altında yerləşdirilməsini nəzərdə tutan layihə üzərində işləyir. Həmin qatarlarda elektrik enerjisi çənlərdəki hidrogenin atmosferdəki oksigenlə kimyəvi reaksiyası zamanı əldə ediləcək. Hesablamalara görə, qatarlardakı bütün çənlər dolu olduğu halda onun təqribən 140 kilometr məsafəni qət etməsi mümkündür.
Hidrogen peroksid
{{Hidrogen peroksid, başqa sözlə, oksigenli su, maye sudan daha sıx olan maye komponentdir. Bu komponent həm də çox yaxşı oksidləşdirici kimi tanınır. Hidrogen peroksid daha çox təmizləmək, infeksiyanın qarşısını almaq, dezinfeksiya etmək və açıq yaraları sağaltmaq üçün istifadə olunur. Ancaq bunun daha çox istifadəsi var. Burada bütün detallar var. Hidrogen peroksid ilk yardımdan daha çox şeydir. Möhtəşəm dezinfeksiyaedici xüsusiyyətə malik olan hidrogen peroksid hər evdə olması lazım olan möcüzəvi tərkib hissəsidir. Hidrogen peroksidin istifadəsi nədir? Hidrogen peroksidin bir çox istifadəsi var. Böyük bir dezinfeksiyaedici xüsusiyyətə malik olan bu komponent oksigen atomlarını ehtiva edir və yalnız apteklərdən əldə edilə bilər.

Digər lüğətlərdə

анахрони́зм во́зраст жере́бчик зэ́ки о́бразно рази́ня троебо́рье белошёрстый верже́ воссия́ть зуби́льный ке́пка обчи́ститься паренёк тепли́ца возразить кули combust galvanization landholder smear-sheet spice island двухэтажный информация удачливый