Azərbaycan dilinin izahlı lüğətində DÖL sözün mənası. Толковый словарь азербайджанского языка.

is.
1. Rüşeym, maya. Döl üçün ayrılan xınaquyruqlu qoçlar .. döyükmüş ətrafa baxırdılar. S.Rəhimov. // Ana bətnində bala. // Mayalanma, döllənmə dövrü. _ Döl düşmək – ev heyvanlarının doğum vaxtı çatmaq. Döl salmaq – 1) doğub törəmək, törəyib artmaq. Dağın bir tərəfində kəkliklər döl salmışdır; 2) bitib artmaq, çoxalmaq, yayılmaq. Bu dağda cır alma yaman döl salmışdır.
2. Cins. Ərəb atı dölü. Qarabağ qoyunu dölü. – [Müsyö Jordan:] Hatəmxan ağa, .. bir ay bundan əvvəl Qarabağın əlyetməz dölündən köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam .. əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti haradan ələ salardı? M.F.Axundzadə. // Döllük heyvan. Şən balalar, dağ gövdəli erkəklər; Bax, bu əsil, tosqun döllər bizimdir. A.Şaiq.
3. məc. Nəsil mənasında. [Güllü:] Abbasın dölünə nə deyəsən? S.Rəhimov.
← DÖHÜL

is. köhn. Nağara, təbil, davul. Qoca hələ sözünü tamamlamamışdı ki, birdən .

DÖLÇÜ →

is. k.t. Döl mütəxəssisi olan zootexnik.