[Avtomobil] …gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır.
…Ağıryüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir döngədə aşıb oxu və çarxı sındı.
// Əsas küçədən ayrılan kiçik, dar küçə.
Əyri döngələrdə, dar küçələrdə; Səs-səmir kəsilir, adam azalır.
…Döngələrin birində [Səriyyə xala və uşaqları] qaynar bir izdihamın içinə düşdülər.
// Küçənin tini.
Qarı isə məscid yanında durub, oğlu döngə başında gözdən itincəyə qədər onun ardınca baxdı.