DÖNMƏK

f.
1. Getdiyi, ya durduğu tərəfin əksinə çevrilmək.
Sağa dön! – Atlı … bütün vücudu ilə səs gələn səmtə döndü. M.Hüseyn.

// İstiqamətini dəyişmək, başqa tərəfə yönəlmək.
Küçəni dönərkən bir Çin polisi onun qabağını aldı. S.S.Axundov.

// “Dönüb”, “dönərək” şəklində – 1) Başını, üzünü çevirərək.
Yeriyəndə dönüb dalı baxmağı; Ahunun balası səndən öyrənib. Q.Zakir.
Şirzad dönüb Qoşatxanı gördükdə tələsik ona tərəf getdi, əl verdi, salamlaşdı. M.İbrahimov.
Tofiq dönüb marığa sarı baxdı ki, quşun necə olduğunu Elçindən öyrənsin. M.Rzaquluzadə;

2) qayıdaraq, cavab olaraq, cavabında. Dönüb belə dedi…
2. Qayıtmaq, geri qayıtmaq. Gedib axşam dönəcəyəm. Şəhərdən dönmək. Yoldan dönmək (yarı yoldan qayıtmaq). – Köç dönəndə axsaq keçi qabağa düşər. (Ata. sözü.).
Bir gün Qərənfillə Bahadır yenə adi qayda üzrə bir yerdə evə dönürdülər. S.Rəhman.

3. Sözünü, vədini, qərarını pozmaq, sözündən qaçmaq. Sözündən dönmək. Əhdindən dönmək. Qərarından dönmək.
// İmtina etmək, əl çəkmək, üz döndərmək, vəfasızlıq etmək, dönüklük etmək. Əqidəsindən dönmək. Məsləkindən dönmək.
– Mirzə Valeh dediyindən dönmədi. S.Rəhimov.

4.
…halına düşmək,
…şəklini almaq.
Axşam oldu, boz buludlar; Döndü vulkanlı dağlara… H.Cavid.
Keçmişin taleyi sönmüş bu gecə; İşçilər aslana dönmüş bu gecə. M.Müşfiq.

// Çevrilmək.
Aşıq azadə gərəkdir ki, dönər zindanə; Bərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs. S.Ə.Şirvani.
Dostun firqətindən, yar həsrətindən; Bahar mənə zimistanə dönübdü. Aşıq Ələsgər.
Mən bu vətən torpağını tanıyıram, ona insan əli toxunan kimi o, təzədən bir cənnətə dönəcəkdir. Ə.Məmmədxanlı.

// Keyfiyyəti dəyişmək, başqa keyfiyyət almaq.
Şərab ağzıaçıq qalanda turşuyub sirkə olur və sirkə açıq qalanda dönüb su olur. H.Zərdabi.
Əriyib suya dönərsən; Axıb çaya gedərsən. M.Ə.Sabir.
Ağır tanklar külə döndü, sovrularaq havaya. Ə.Cəmil.

// Ümumiyyətlə, dəyişmək, başqalaşmaq, pisləşmək.
[Məşədi Cəfər:] …Ruzgar elə dönübdür ki, qardaş qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir. Ə.Haqverdiyev.

5. Dövr etmək, fırlanmaq, hərlənmək. Təkər öz oxu üzərində dönür.
[Oynayanlar] bir-birinin ardınca ikibir, üçbir əl-ələ tutaraq foyenin ortasındakı orkestrin ətrafına dönürdülər. S.Hüseyn.
Qatarın çarxları durmadan dönür; İşıqlar görünmür, işıqlar sönür. N.Rəfibəyli.

6. Yıxılmaq, çevrilmək, aşmaq. Üzü üstə dönmək.
7. Oxşamaq, bənzəmək. Lap uşağa dönmüsən. İncəlib qıla dönmək (çox arıqlamaq).
8. Ötmək, keçmək.
Sən görən əyyami-güzəştə hanı? Döndü zəmanə, fələkin dövranı. Aşıq Pəri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖNMƏK 1. DÖNMƏK (gedərkən başqa tərəfə istiqamətini dəyişmək) Davud gedə-gedə dönüb arxaya baxırdı, nigaran idi (H
  • DÖNMƏK qayıtmaq
  • DÖNMƏK burulmaq
  • DÖNMƏK çevrilmək
  • DÖNMƏK fırlanmaq — hərlənmək
  • DÖNMƏK yıxılmaq — çevrilmək — aşmaq

Antonimlər (əks mənalı sözlər)

  • DÖNMƏK DÖNMƏK – GETMƏK Bir gün Qərənfillə Bahadır adi qayda üzrə bir yerdə evə döndülər (S.Rəhimov); İndi gedib səhərə kimi rahat yatacaqsan (S
DÖNMƏDƏN
DÖNMƏKSİZİN
OBASTAN VİKİ
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

абажу́рчик генера́л-майо́рский долблёный модернизова́ние обступа́ть пробле́скивать рто́вый стройматериа́лы струга́льный черноря́сница ЧОН в кавы́чках еры́ засекре́тить иновеща́ние масса́жный отбреда́ть рядо́чком свепет brain sucker catch-basin interactive unforgettable wheyfaced сосняк