Azərbaycan dilinin izahlı lüğətində ECAZ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.]
1. klas. Möcüzə, misli görünməmiş şey, xariqə. [İkinci kəndli:] Minası demə! Onun işi ecazdır, ecaz! Ə.Haqverdiyev. Dünyada sənətin yeddi ecazından biri olan “Tac Mahal” məqbərəsi də buradadır. M.İbrahimov. Ecazlar yaradır, hünər göstərir; Ona bu qüdrəti Vətən, el verir. M.Rahim.
2. köhn. Nitqdə fəsahətli olma.
← EBONİ́T

[yun.] tex. Müxtəlif maddələrin hazırlanmasında geniş tətbiq olunan və elektrotexnikada izolyasiya materialı kimi istifadə edilən vulkanizə edilmiş rezin qatışıqlarından alınan bərk maddə.

ECAZKAR →

sif. [ər. ecaz və fars. ...kar] Xariqüladə, möcüzələr yaradan, hər kəsi heyrətə salan.